...

"VTB Bank"ın rəhbəri: Azərbaycan təsirli nəzərəçarpan artıma nail olub

Siyasət Materials 8 Aprel 2013 13:44 (UTC +04:00)
Azərbaycan təsiredici nəzərə çarpan artıma nail olub. Trend-in məlumatına görə, bunu bazar ertəsi "VTB Bank"ın rəhbəri Andrey Kostin Bakıda keçirilən Dünya İqtisadi Forumun iclasında deyib.
"VTB Bank"ın rəhbəri: Azərbaycan təsirli nəzərəçarpan artıma nail olub

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir S. Əliyev/

Azərbaycan təsiredici nəzərə çarpan artıma nail olub. Trend-in məlumatına görə, bunu bazar ertəsi "VTB Bank"ın rəhbəri Andrey Kostin Bakıda keçirilən Dünya İqtisadi Forumun iclasında deyib.

Onun sözlərinə görə, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiyanın (Qazaxıstan) digər ölkələrinin inkişafı da təsirləndirir. "Resurslara malik olan bu ölkələr regionun digər ölkələri fonunda müvəffəqiyyət qazanırlar. Lakin neft və qaz əbədi deyil, buna görə də alternativ enerji mənbələri vacibdir", - Kostin qeyd edib.

Onun sözlərinə görə, bu region üçün habelə təhlükəsizlik məsələləri böyük çağırışdır.

"Əfqanıstan və İranın yaxınlığını, narkotrafik ilə mübarizə məsələləri, islam fundamentalizminin təzahürlərinin artması və s. nəzərə alınaraq regionun çiçəklənməsi üçün qarşılıqlı əməkdaşlıq məsələləri həllini tapmalıdır" , - Kostin deyib.

Onun sözlərinə görə, bu mənada enerji resursları məsələsində əlaqələndirmə də əhəmiyyətlidir.

"Regionun inkişafına güclü təkan verəcək qlobal nəqliyyat dəhlizi yaratmaq vacibdir. Həmçinin, investisiyalar məsələsində əməkdaşlıq da əhəmiyyətlidir. Rusiyanın bu regionda maraqları böyükdür" , - o deyib.

Onun sözlərinə görə, Rusiya bu region ölkələri ilə əməkdaşlıqda mənfəət əldə edə bilər.

"Bizim yanaşmamız ölkələr arasında çoxpilləli xarakterli inteqrasiyadır. Yaxşı başa düşürük ki, bu regionda əməkdaşlıq vacibdir və Rusiya bu ölkələrin inkişafının onun üçün əhəmiyyətli olduğunu anlayır", - Kostin deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti