...

Azərbaycanda müasir təhsilin innovasiyaları və ənənələri

Siyasət Materials 11 Sentyabr 2013 18:24 (UTC +04:00)
Azərbaycanın həmişə və bu gün də təhsilin inkişaf məsələlərinə yaxından diqqət ayırması tam başa düşüləndir. Hazırda belə bir aksiom var: ölkədə təhsilin səviyyəsi nə qədər yüksək olarsa, ÜDM və iqtisadi inkişafın göstəriciləri də bir o qədər yüksək, insan ömrü daha uzun, əhali isə daha sağlam olar.
Azərbaycanda müasir təhsilin innovasiyaları və ənənələri

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Ellada Xankişiyeva, Trend BİA-nın Analitik Mərkəzinin rəhbəri

Azərbaycanın həmişə və bu gün də təhsilin inkişaf məsələlərinə yaxından diqqət ayırması tam başa düşüləndir. Hazırda belə bir aksiom var: ölkədə təhsilin səviyyəsi nə qədər yüksək olarsa, ÜDM və iqtisadi inkişafın göstəriciləri də bir o qədər yüksək, insan ömrü daha uzun, əhali isə daha sağlam olar.

Azərbaycanın təhsil sahəsində aparılan islahatların ümumxalq müzakirəyə çıxarılması də tam normal prosesdir. Çünki təhsil cəmiyyətin xüsusi, intellektual tərəfini əks etdirən sahədir. Təhsil sahəsinə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır. 2009-cu ildə uzun müddət davam edən hərtərəfli müzakirələrdən sonra Azərbaycanda qəbul edilən "Təhsil haqqında" yeni qanun buna bariz nümunədir.
Müasir dünya standartlarına uyğunlaşdırma prosesində islahat və aşkarlıq siyasətinin həyata keçirilməsinə başlanılmasından etibarən Azərbaycan mütəmadi olaraq təhsilə xərcləri artırıb. Son 10 il ərzində Azərbaycanda təhsilə ayrılan xərclər 5 dəfə artaraq bu il 1,5 milyard manata çatıb. Bundan başqa, Heydər Əliyev Fondu və Azərbaycan Prezidentinin Ehtiyat Fondundan təhsil sahəsinə hər il xeyli vəsait ayrılır. Bunun nəticəsində ölkənin təhsil sistemi daha maliyyə çatışmazlığını hiss etmir. Artan maliyyə imkanları sayəsində respublikada təhsil infrastrukturu və istilik sistemi olan 2200-dən artıq yeni məktəb binası, mövcud məktəblər üçün əlavə təhsil korpusları tikilib, paytaxt və regionların, demək olar, bütün məktəbləri təmir edilir.

Əlbəttə ki, bu, məktəbdə təhsil sisteminin uğurlu inkişafına müsbət təsir edir.

Lakin inşa edilmiş məktəblərin olması hələ keyfiyyətli təhsilin mövcudluğu anlamına gəlmir. Buna görə də məktəb tikintisi ilə yanaşı, təhsil alanların intellektual səviyyəsinin təkmilləşdirilməsi üzrə işlər aparılır: yeni dərsliklər nəşr edilir, məktəblərin kompüterlərlə təchiz edilməsi proqramı həyata keçirilir, müəllimlərin təkmilləşdirilməsinə və pedaqoji təhsilinə xüsusi diqqət ayrılır.

Azərbaycanın 2005-ci ildə Bolonya prosesinə qoşulması yerli təhsil islahatını daha davamlı və məzmunlu etmək imkanı verdi. Hazırda Azərbaycan bərabər tərəfdaş kimi bu prosesin tələblərinə cavab verən müvafiq texnologiyalardan istifadə etməklə ali təhsili dünya standartlarına uyğun təmin etməyə çalışır. Ölkənin ali məktəblərinin məzunları Qərb ölkələrinin təhsil müəssisələrinin məzunlarına getdikcə daha çox layiqli rəqabət göstərirlər.

Azərbaycanda ildən-ilə ali təhsil müəssisələrinin sayı artır. Onların sayəsində ölkədə bütün müasir tələblərə cavab verən peşəkar kadrlar hazırlanacaq. Belə ali təhsil müəssisələri arasında paytaxtdakı Bakı Ali Neft Məktəbi və İnformasiya Texnologiyaları Universiteti də var.

Prezident İlham Əliyevin dünən qeyd etdiyi kimi, Azərbaycanda təhsilin səviyyəsi elə yüksək olmalıdır ki, heç kəs xaricə getməsin və buna lüzum qalmasın: "Biz bu məqsədlərə də ardıcıl olaraq nail oluruq".

Sevindirici haldır ki, təhsil sistemində islahatları müasir dünya standartlarına uyğun aparan Azərbaycan, buna baxmayaraq, icbari pulsuz ibtidai və orta təhsil, tələbə təqaüdü sistemi ilə pulsuz ali təhsil kimi ən yaxşı ənənələrini qoruyub saxlayıb.

Müasir təhsilin ən yaxşı prinsiplərinin bir araya gətirilməsi sayəsində hazırda böyüyən nəslin biliklərə təşviq edilməsi gələcəkdə Azərbaycanı dünyada siyasət, iqtisadiyyat, mədəniyyət, incəsənət, idman və digər sahələrdə layiqli təmsil etmək iqtidarında ola biləcək savadlı, təhsilli, intelektual, vətənpərvər gənclərin tərbiyə almasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti