...

Türkiyəli deputat Konstitusiya məhkəməsinin səlahiyyətinin azaldılması təklifi ilə çıxış edib

Siyasət Materials 12 Aprel 2014 11:56 (UTC +04:00)
Türkiyəli deputat Konstitusiya məhkəməsinin səlahiyyətinin azaldılması təklifi ilə çıxış edib
Türkiyəli deputat Konstitusiya məhkəməsinin səlahiyyətinin azaldılması təklifi ilə çıxış edib

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında olan millət vəkili Zelkif Kazdal Konstitusiya məhkəməsinin bəzi səlahiyyətinin azaldılması təklifi ilə çıxış edib . Trend in məlumatlına görə, bu barədə Türkiyənin Anadolu agentliyi məlumat verib.

Kazdal təklif edib ki , ölkənin Konstitusiya məhkəməsinin qanunları ləğv etmə səlahiyyəti ortadan qaldırılsın:

"Əgər Konstitusiya məhkəməsi parlament tərəfindən qəbul edilən hər hansı bir qərarın dövlətçilik prinsiplərinə uyğun olmadığını aşkar edərsə, onda qərar ləğv olunmaq əvəzinə təkrar baxılması üçün parlamentə göndərilsin" - deyə Kazdal bildirib.

Xatırladaq ki , dünən Türkiyə Konstitusiya Məhkəməsi Ədliyyə Nazirliyinin Hakimlər və Prokurorlar Ali Şurası üzərində olan bütün səhahiyyətlərini ləğv edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti