...

Nazir müavini: İranın Qərb vasitəçiləri ilə nüvə danışıqlarında çevikliyi sərhədsiz deyil

Siyasət Materials 18 Avqust 2014 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir Elmira Tariverdiyeva/

İranın Qərb vasitəçiləri ilə nüvə danışıqlarında çevikliyi sərhədsiz deyil. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini Məcid Taxt Rəvançi deyib.

Ölkəni nüvə danışıqlarında təmsil edən M.T.Rəvançi bəyan edib ki, İran bu barədə qarşı tərəfi xəbərdar edib.

Onun sözlərinə görə, Qərb vasitəçiləri danışıqların gündəliyinə kənar məsələləri daxil etməyi dayandırsalar, danışıqlar noyabrın 24-dək başa çatacaq.

Nazir müavini qeyd edib ki, İran nüvə danışıqlarında xoş məram nümayiş etdirib və bunun bəhrəsini görmək istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti