...

Erməni əsir Paşinyana əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciət ünvanlayıb

Siyasət Materials 26 Noyabr 2018 18:37 (UTC +04:00)
Erməni əsir Paşinyana əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciət ünvanlayıb.
Erməni əsir Paşinyana əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciət ünvanlayıb

Bakı. Trend:

Erməni əsir Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciət ünvanlayıb.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 26 dekabr 2014-cü il tarixdə Azərbaycanın Ağdam rayonu ərazisində qoşunların qarşıdurma xəttində təxribat törətməyə cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2015-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi 1994-cü il təvəllüdlü Baqdasaryan Arsen Eduardoviçin N.Paşinyana əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciət edib.

A.Baqdasaryan özünün yazdığı müraciətinin ictimaiyyətə açıqlanmasını Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti