...

Azərbaycan səfiri İsveçrədə vebinarda çıxış edib

Siyasət Materials 10 İyun 2022 11:29 (UTC +04:00)
Azərbaycan səfiri İsveçrədə vebinarda çıxış edib
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov "Azərbaycanın yenilənməsi 2022: biznesin yeni istiqamətləri, yeni investisiya imkanları" adlı biznes-vebinarda çıxış edib.

Trend-in məlumatına görə, səfir bu barədə "Twitter" səhifəsində bildirib.

Qeyd olunur ki, vebinar İsveçrə Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə ticarət palatası (JCC) və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən təşkil olunub.

Səfir qeyd edib ki, vebinar zamanı iki ölkə arasında gələcək əməkdaşlıq müzakirə olunub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti