...

Prezident İlham Əliyevin Almaniyaya səfəri Şərqlə Qərb arasında uğurlu əməkdaşlıq modeli kimi

Siyasət Materials 15 Mart 2023 18:51 (UTC +04:00)
Prezident İlham Əliyevin Almaniyaya səfəri Şərqlə Qərb arasında uğurlu əməkdaşlıq modeli kimi
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya səfəri Azərbaycanın hazırda Avropa ölkələri ilə münasibətlər kontekstində tutduğu mövqeyi daha da möhkəmləndirib. Dövlət başçısının səfəri Almaniyada rəhbər və işgüzar dairələrin Azərbaycanla əməkdaşlığın gücləndirilməsinin üstünlüklərini öyrənmələri üçün unikal imkana çevrildi.

Səfər proqramına yerli biznes elitasının nümayəndələri, həmçinin, dövlət xadimləri, o cümlədən, Almaniya kansleri Olaf Şoltsla və prezident Frank-Valter Ştaynmayerlə bir neçə görüş daxil idi. Rəsmi məlumatlar sözügedən müzakirələrdə geniş spektrə malik məsələlərin, o cümlədən, siyasət, energetika, ikitərəfli əməkdaşlıq və s. məsələlərin nəzərdən keçirildiyindən xəbər verir.

Azərbaycanın maraqları Almaniyanın beynəlxalq münasibətlər sistemində bariz əhəmiyyəti, Aİ-də rolu və iqtisadi imkanları ilə diktə olunur.

Əlbəttə, görüşlər ərzində müzakirə olunan hər bir mövzu əhəmiyyət kəsb edir, lakin iki əsas element var ki, ikitərəfli münasibətlərin gələcəyi və Almaniyanın regional xarici siyasətində fokus olaraq Azərbaycanın əhəmiyyətinin niyə artacağını anlamaq baxımından bunları qeyd etmək lazımdır.

Alman xarici siyasətində "modus operandi"

Almaniya özünün ölçülərinə, sənaye və innovasiya potensialına və digər faktorlara görə Avropa İttifaqında mühüm iştirakçılardan biridir. Aİ-nin sənaye və iqtisadi mərkəzi olan ölkə xarici siyasətin əsas vasitəsi olaraq digər dövlətlərlə əməkdaşlığın inkişafına yönəlib. Tərəfdaşlara qarşılıqlı hörmət və beynəlxalq əməkdaşlıq vasitəsilə maraqların qorunması kimi liberal prinsiplərə və dəyərlərə əsaslanmış praqmatik yanaşma Almaniyanı çox məhdud zaman müddətində dünya iqtisadiyyatının əsas iştirakçısına çevirib.

Bu tendensiya bu gün də davam etməkdədir. Ölkədə istehsalatın həcmi əhəmiyyətli dərəcədədir, lakin lazımi resursların təminatı və istehsalat məhsullarının satışı kimi iki maneə yaradır ki, Berlin bunları aradan qaldırmalıdır.

Uzun müddət ərzində Berlin Moskva ilə yaxşı münasibətlərə malik olub, belə ki, Moskva Almaniyanın şərq bazarlarına və əsas enerji tədarükçülərinə çıxış qapısı olub. Lakin Almaniyanın sınanmış fəaliyyət metodlarından istifadəsinə imkan verməyən geosiyasi faktorlardakı dəyişiklik səbəbindən vəziyyət mənfiyə doğru dəyişib. Bu, Berlini yeni istiqamət alaraq digər mümkün variantlar axtarmağa sövq edir.

Azərbaycan mövcud böhranın etibarlı həllidir

Vəziyyətə yuxarıdakı nöqteyi-nəzərdən baxdıqda Almaniyanın xarici siyasət strategiyası kontekstində Azərbaycanın əhəmiyyətinin artmasının səbəbləri aydın olur. Almaniyanın birinci marağı ölkənin və onun avropalı tərəfdaşlarının enerji təhlükəsizliyinin təminatıdır, belə ki, bu, Almaniyanın gələcək iqtisadi inkişafının təminatı üçün zəruridir.

Azərbaycan artıq ölkənin neft-qaz ixracatçısından elektrik enerjisi istehsalçısı və ixracatçasına çevrilməsindən xəbər verən yeni enerji paradiqmasına keçid edib. Azərbaycanın digər ölkələrlə müqayisədə əlavə üstünlüyü ölkədə artıq yaşıl enerjinin inkişafına yönəlmiş layihələrin başlaması və enerji nəqli üçün mühüm infrastrukturun mövcud olmasıdır.

Energetika və "yaşıl enerji" ilə əlaqədar məsələlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Almaniyanın müxtəlif biznes və hakimiyyət nümayəndələri arasında müzakirə mövzularından biri olub.

Dövlət başçısı biznes nümayəndələri ilə görüşdə Azərbaycanın Naxçıvanı Qarabağ və Şərqi Zəngəzurla yanaşı, "yaşıl enerji" zonasına çevirməyi planlaşdırdığını bildirib. O, həmçinin, boru kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsinin Avropada artmaqda olan enerji tələbatına cavab olaraq həyata keçiriləcəyini əlavə edib. Dövlət başçısı TANAP-ın ötürücülük qabiliyyətinin 16 milyard kubmetrdən 32 milyard kubmetrədək, TAP-ın ötürücülük qabiliyyətinin isə 10 milyard kubmetrdən 20 milyard kubmetrədək genişləndirilməsinin planlaşdırıldığını vurğulayıb.

Prezident İlham Əliyevin Avropanın enerji təhlükəsizliyinin təminatına yanaşması Almaniya üçün xüsusən dəyərlidir, belə ki, Avropa ölkələrinə kifayət həcmdə enerji tədarükü onların iqtisadiyyatının təhlükəsizliyini təmin edəcək. Avropa ölkələrinin iqtisadiyyatının inteqrə olunmuş xarakteri səbəbindən Almaniyanın iqtisadi inkişafı digər ölkələrin tərəqqisindən asılıdır və Azərbaycan növbəti dəfə bu işə töhfə verməyə hazır olduğunu ifadə edib.

"Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılır. Bu ildən Rumıniyaya çatdırılmağa başlanmışdır. Bu ilin sonunda Macarıstana ilk qaz təchizatını həyata keçirmək fikrindəyik. Biz hazırda Albaniya hökuməti ilə Albaniyanın qaz təchizat şəbəkəsinin yaradılması və gələcəkdə Albaniyaya da qaz ixracatını təmin etmək üçün danışıqlara başlamışıq. Bizə sifariş edən ölkələr sırasında, eyni zamanda, Çex Respublikası, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya və digər ölkələr var", - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında çıxışında deyib.

Bakı Avropa dövlətlərinə stabil qaz tədarükünü təmin etməklə birbaşa və dolayı yolla Almaniya iqtisadiyyatının inkişafına səbəb olur.

Azərbaycan Qərblə Şərq arasında körpü rolunu oynayır

Bildiyimiz kimi, geosiyasi problemlər Almaniyanın Şərqdəki tərəfdaşlarına mal və xidmətlərin nəqli üçün mövcud nəqliyyat əlaqələrindən istifadəsinə mane olur. Ukraynada davam edən müharibə səbəbindən bu marşrutun istifadəsi mümkünsüzləşir. Qovşaq qismində İrandan da istifadə etmək olardı, lakin Tehran liberalizm və əməkdaşlığa əsaslanmış xarici siyasət aparmaq istəmədiyindən bu qapıları çoxdan bağlayıb.

Yerdə qalan yeganə real nəqliyyat imkanı, həmçinin, Orta Dəhliz kimi bilinən və Azərbaycan ərazisindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur. Alternativ marşrutlarla bağlı struktur məhdudiyyətləri aradan qaldırmaq üçün göstəricilər olmadığından, bu, yeganə əlçatan variant olaraq qalır.

Azərbaycanın unikal coğrafi mövqeyi ölkənin bu imkanı Almaniyaya təklif etməsinə imkan verir. Bu, Almaniya üçün istər siyasi, istərsə də iqtisadi planda çox mühüm inkişafdır. Orta Dəhlizin mövcudluğu Berlinin müstəqil siyasətini, alman biznesinin isə fasiləsiz fəaliyyətini davam etdirə biləcəyindən xəbər verir.

Azərbaycana gəlincə, Bakı Almaniyanın marşrutda iştirakından maddi və qeyri-maddi faydalar əldə edə bilər.

Bu konkret mövzudan az bəhs olunsa da, nəqliyyat əməkdaşlığının yaxın gələcəkdə Azərbaycan-Almaniya münasibətlərinin daha bir mühüm elementi olacağına şübhə yoxdur.

Azərbaycan Almaniyanın Cənubi Qafqaza və Xəzər regionuna çıxış qapısıdır

Bu gün əməkdaşlıq beynəlxalq münasibətlərdə üstünlük təşkil edən paradiqmaya çevrilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri bir neçə səbəbdən yaddaqalan oldu.

Birincisi, səfər Azərbaycanın gələcək inkişafı üçün reallaşdırıla biləcək dar ixtisaslaşmış biliklərə malik alman müəssisələri ilə əməkdaşlıq üçün imkanlar açır. Bu, ikitərəfli işgüzar münasibətlərin yaxşılaşdırılmasına imkan yaratmaqla və daha əvvəl bilinməyən potensialdan istifadə hesabına investisiyaları təşviq etməklə yanaşı, Azərbaycanın gələcək inkişafı ilə müsbət şəkildə uzlaşacaq. Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bu mövzu ilə bağlı da fikir bildirib.

"Dünən mənim 30-a yaxın almaniyalı iş adamı ilə görüşüm olmuşdur. İki saata yaxın davam edən bu görüşdə Azərbaycana, Azərbaycan iqtisadiyyatına, imkanlara Almaniya biznesi tərəfindən böyük diqqətin şahidi oldum. O cümlədən bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanlar var, bu barədə də bu gün biz fikir mübadiləsi apardıq", - dövlət başçısı deyib.

İkincisi, Prezident İlham Əliyevin Almaniya səfəri xalqlar arasında daha möhkəm iqtisadi əlaqələrin yaradılmasına yönəlib ki, bu da öz növbəsində Almaniya və Azərbaycan arasında siyasi münasibətlərin səviyyəsinin artması sayəsində müsbət axın effekti ilə nəticələnəcək. Bu dəyişikliklər toplusu hər iki ölkə üçün arzuolunan hadisə olardı.

Üçüncüsü, Azərbaycan Almaniya üçün Asiyaya qapı kimi çıxış edir. Berlin Azərbaycanın mövcud infrastrukturundan istifadə etməklə asiyalı tərəfdaşları ilə əməliyyatlarını minimal risklə davam etdirə bilər ki, bu da Avropa ölkələrini mövcud marşrutlardan imtina etməyə vadar edən geosiyasi faktorları nəzərə aldıqda çox dəyərlidir.

Azərbaycanın Almaniya ilə daha geniş əməkdaşlıq sayəsində əldə edəcəyi mənfəət baxımından ölkənin statusunun artmasına və ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçid dinamikasına əlavə təkanverici qüvvəni proqnozlaşdırmaq olar - Almaniya hökuməti və işgüzar dairələri ilə sıx münasibətlər şübhəsiz, buna mühüm təsir göstərəcək.

Prezident İlham Əliyevin Almaniya səfəri hər iki ölkə üçün çox müsbət nəticələr vəd edir. Bu, təəccüblü deyil, belə ki, həm Azərbaycan, həm də Almaniya xarici siyasətində liberal dəyərlər prinsipi üzrə hərəkət edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti