...

Prezident İlham Əliyev: Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır

Siyasət Materials 16 Mart 2023 15:10 (UTC +04:00)
Prezident İlham Əliyev: Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır

Bakı. Trend:

Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib. Torpaqlarımız azad edildikdən sonra bir neçə yerdə kütləvi məzarlıq aşkar etmişik. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır.

Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır.

2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır.

Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır.

Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti