...

MDB-NİN İCRAEDİCİ KOMİTƏSİ VLADİMİR RUŞAYLONUN AZƏRBAYCANA QARŞIDAKI SƏFƏRİNƏ HAZIRLIQ GÖRÜR

Siyasət Materials 26 Sentyabr 2005 18:21 (UTC +04:00)

MDB-nin İcraedici komitəsi MDB-nin icraçı katibi Vladimir Ruşaylonun oktyabrın 5-də Azərbaycana keçiriləcək səfərinə hazırlıq işləri aparır.Bu barədə Trend ə onun köməkçisi Nikolay Pivoş bildirib.

Onun sözlərinə görə, səfər barədə Azərbaycan tərəfi ilə ilkin razılaşma artıq əldə olunub, indi səfərin proqramı dəqiqləşdirilir. "V.Ruşaylo özü ölkə rəhbərliyi və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ilə görüşmək niyyətindədir, amma Azərbaycan tərəfi qarşıdakı görüşlərin dəqiq proqramını hələlik bizə göndərməyib"-deyə o bildirib.

Azərbaycanın müxalifət partiyaları nümayəndələri ilə görüşmək barədə planlara gəlincə, N.Pivoş bildirib ki, bu məsələ artıq yerində həll ediləcək.

Pivoş bildirib ki, MDB-nin icraçı katibi ilə Bakıya həm də bəzi MDB ölkələrinin nümayəndələri də gələcək və onlar Azərbaycandakı parlament seçkilərinin uzunmüddətli müşahidəsi prosesində iştirak edəcək.O, qeyd edib ki, ümumiyyətlə MDB-dən seçkiləri 200 nəfər müşahidə edəcək.

Xəbər lenti

Xəbər lenti