...

Samir Şərifov: "Azərbaycan neft ixracından $150 mlrd dollaradək gəlir gözləyir"

Siyasət Materials 12 İyul 2006 12:19 (UTC +04:00)
Samir Şərifov: "Azərbaycan neft ixracından $150 mlrd dollaradək gəlir gözləyir"

Dünya neftinin bir barelinin orta qiyməti $45 olduğu halda Azərbaycan 20 il ərzində təkcə "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunun işlənməsi layihəsinin gerçəkləşdirilməsindən 150 mlrd dollar gəlir götürə biləcək. Trend in xəbər verdiyi kimi, bu barədə AzTI dövlət kanalında çıxışı zamanı Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, hazırda dünya bazarında karbohidrogenin qiyməti olduqca cəlbedici səviyyədədir.

İyulun 10-da AZERI LT CIF Augusta neftinin bir barelinin qiyməti $72,63 təşkil edib (əvvəlki göstərici ilə müqayisədə $1,71 aşağı düşüb). Azərbaycan yüngül neftinin qiyməti FOB şərti ilə Türkiyənin Ceyhan limanına çatdırılmaqla $71,39 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,77 aşağı düşüb).

BTC Co boru kəməri şirkətinin başçısı Rəşid Cavanşirin sözlərinə görə, bu il dünyada neftin orta qiymətində Azərbaycan 3 mlrd dollaradək gəlir əldə edə biləcək. "BTC neft kəməri ilə sutkada 1 mln. barel neft ixrac olunduqda və neftin 1 barelinin qiyməti $60 olduğu halda ölkənin gəliri $60 mlrd dollara çata bilər", - deyə o bildirib.

Azərbaycanın energetika və sənaye naziri Natiq Əliyev bəyan edib ki, neft ixracından əldə olunan gəlirlərdən başqa 1994-cü ildən ölkəyə infrastrukturun yaradılması və yataqların işlənməsi üçün müntəzəm olaraq iri sərmayələr qoyulur. "Dünya standartlarına uyğun yaradılmış platformalar, Səngəçal terminalı, boru kəmərləri - bütün bunlar Azərbaycanın fəal fondudur", -deyə o bildirib.

N.Əliyev qeyd edib ki, əgər 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" yatağından çıxarıla bilən neft ehtiyatları 511 mln ton həcmində qiymətləndirilirdisə, indi bu rəqəm 900 mln tona çatıb. "Ancaq deyə bilərəm ki, bu yatağın bütün potensialı bizə hələ məlum deyil. Fasilə layından aşağıda daha iri karbohidrogen yataqları var", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti