Belçika, Brüssel / Trend" A. Məhərrəmli/ Trend in Avropa Birliyinin Cənbi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə müsahibəsi
- Sentyabrın 3-də Brüsseldə Avropa Birliyi və onun qonşuları arasında münasibətlərin inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsi ilə bağlı konfrans keçirilib. Bu konfransda iştirak etmək məqsədilə Avropa Birliyi ilk dəfə olaraq, yalnız nazirlərdən ibarət nümayəndə heyətini deyil, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələrini də dəvət edib. Vətəndəş cəmiyyətinin Avropa Qonşuluq Siyasətinin çərçivəsində 2006-cı ilin noyabrında imzalanmış fəaliyyət planının icarsında iştirakı nə dərəcədə vacibdir?
-Mən inanıram ki, bu konfrans iştirakçı ölkələr üçün çox mühüm bir mərhələdir. Mən şadam ki, hər üç Cənubi Qafqaz ölkəsi tədbirdə nazirlər səviyyəsində iştirak edibl. Bu göstərir ki, Cənubi Qafqaz ölkələri Avropra Qonşuluq Siyasəti çərçivəsində fəaliyyət planına böyük önəm verirlər. Fəaliyyət planından irəli gələn öhdələiklərin, xüsusilə demoratik institutlar, insan hüquqları, KİV-in azad olması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi çox vacibdir. Bunlar Avropra Birliyi ölkələri ilə sıx və etibarlı əlaqələrin qurulması üçün tələb olunan əsas vəzifələrdir..
- Sizin fikrinizcə, Azərbaycan əhalisi nə dərəcədə Avropa strukturlarına inteqrasiya etmək arzusundadır?
- Əgər Azərbaycan əhalisi ölkənin Avropa insitutlarına inteqrasiyasını dəstəkləyirsə, əlbəttə ki, mən bu inkişafla razıyam. Azərbaycan xalqı Avropa Birliyi ilə strateji münasibətlərin vacibliyini başa düşür. İslahatların keçirilməsi, həmçinin energetika sahəsində əməkdaşlığın inkişafı planında Avropa ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.
- Azərbaycanın Avropaya inteqrasiya prosesində hansı problemləri görürsünüz?
- Mənim yuxarıda sadaladığım insan hüquqları və öhdəliklər Avropa Birliyi ilə əməkdaşlığa təsir göstərəcək. Ümid edirəm ki, Azərbaycan bu öhdəlikləri ustalıqla və ciddi şəkildə yerinə yetirəcək. Bu, Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığa müsbət təsir göstərəcək. Siyasi islahatlar və hüquqi sistemlə bağlı tövsiyələr artıq məlumdur. Biz kömək etməyə hazırıq. Bu, Azərbaycan və Avropa Birliyi arasında sıx münasibətlərin yaradılması cəhdidir. Hazırda mən hər hansı bir fikir söyləyə bilmərəm. Avropa Komissiyasının fəaliyyət planından irəli gələn öhdəliklərin icrası ilə bağlı birinci hesabatı gözləmək lazımdır. Bu məsələlər bizim üçün böyük əhəmiyyət kəsb edir. Bir neçə həftə bundan öncə mən Azərbapycanda oldum və KİV-in vəziyyətinə dair müzakirələr apardıq. ATƏT, Avrora Şurası kimi, Avropanın digər təşkilatları da bu məsələ ilə məşğul olur. Biz başa düşürük ki, transformasiya totalitar rejimdən yenicə çıxmış Azərbaycan üçün çox çətin bir prosesdir. Bu sahədə irəliləyişlərin əldə olunması üçün Azərbaycan əlindən gələni etməlidir.
- Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynamalı olması fikirilə razısınızmı?
- Mən əvvəlcədən görüləcək işlər barədə danışmaq istəməzdim. Yalnız onu deyə bilərəm ki, biz ATƏT-in Minsk qrupunun təşəbbüsünü dəstəkləyirik və hörmət edirik. Avropa Birliyinin fəaliyyəti ATƏT-in Minsk qrupunun işinin dəstəklənməsi və davam etdirilməsinə yönələcək. Biz Dağlıq Qarabağ icmaları arasında inamın yaradılması və əlaqələrin qurulması üçün çox şey edə bilərik. Yalnız bizim belə bir imkanlarımız var, belə ki, biz Azərbaycan və Ermənistan arasında strateji əməkdaşlığı inkişaf etdiririk.