...

Gürcüstanda yaşayan azərbaycanlıların problemi ən prioritet məsələlərdən biridir - Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 6 İyul 2009 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda yaşayan soydaşlarımızın deportasiya olunması ilə bağlı problemin olmadığını deyib.

"Gürcüstanda yaşayan azərbaycanlıların problemi bizim ən prioritet məsələlərimizdən biridir", - Trend -un məlumatına görə, bazar ertəsi jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

Trend -un arayışı: Azərbaycan Parlamentinin ötən ayın sonlarında keçirilən iclasında Gürcüstanda yaşayan soydaşlarımızın deportasiya olunduğu müzakirə olunmuşdu.

Azərbaycanın qeyri-hökumət təşkilatlarının məlumatına görə, Borçalıda (Kvema-Karti) 500 min azərbaycanlı yaşayır.

İbrahimovun sözlərinə görə, Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həlli, onların daha rahat yaşayışı və Gürcüstan cəmiyyətinə inteqrasiyası üçün çox işlər görülür.

"Bizim gördüyümüz işlərin nəticələri də görünür", - komitə sədri əlavə edib.

Komitə sədrinin fikrincə, Gürcüstan iqtisadi cəhətdən geri qalmış dövlət olduğundan, bu problemlər azərbaycanlıların da həyat tərzinə mənfi təsir göstərir.

"Buna baxmayaraq, biz çalışırıq ki, Gürcüstanda yaşyan azərbaycanlılar Azərbaycanın iqtisadi gücündən bəhrələnərək sosial problemlərinin kəskinliyinin daha da azalmasına nail olsunlar", - İbrahimov vurğulayıb.

İbrahimov deyib ki, qonşu ölkədə yaşayan soydaşlarımızın təhsillə də bağlı problemləri var. "Azərbaycan dövləti onların bütün problemlərinin həlli üçün əlindən gələni edir", - komitə sədri qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti