...

"Belveder" restoranı Beynəlxalq Qadınlar Günü münasibətilə əyləncəli proqram hazırlayıb

Cəmiyyət Materials 25 Fevral 2013 15:13 (UTC +04:00)
8 Mart - Beynəlxalq Qadınlar Günü bütün dünyada qadınların bərabərlik, inkişaf, daha dinc həyat həsrətlərini və istəklərini dilə gətirdikləri birlik günü kimi qeyd olunmaqdadır.
"Belveder" restoranı Beynəlxalq Qadınlar Günü münasibətilə əyləncəli proqram hazırlayıb

Azərbaycan, Bakı, 25 fevral /Trend/

8 Mart - Beynəlxalq Qadınlar Günü bütün dünyada qadınların bərabərlik, inkişaf, daha dinc həyat həsrətlərini və istəklərini dilə gətirdikləri birlik günü kimi qeyd olunmaqdadır.

Həyatımızda doğumdan ölümə kimi hər an varlıqları ilə qürurlandığımız, ehtiyacımız olduqda dəstəklərini əsirgəməyən, öyrədən, yetişdirən, ürəklərindəki sevgi və şəfqəti qarşılıqsız verən fədakar qadınlarımızı Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Bu gün Qadınlar hər şeyin xüsusi olmasını arzulayırlar. "Excelsior Hotel Baku" mehmanxanasının da qadınını sevindirmək, ona fərqli bir gecə bəxş etmək istəyənlərə xüsusi təklifi var.

Belə ki, 8 mart tarixində "Belveder" restoranında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xüsusi şou proqram keçiriləcək. Bu barədə bazar etəsi Trend-ə "AtaHolding"dən bildiriblər.

Proqrama canlı musiqi, Avropa mətbəxindən müxtəlif yeməklər (salatlar, isti və soyuq yeməklər, desert) limitsiz yerli içkilər daxildir.

Xüsusi proqramda iştirak qiyməti bir nəfər ücün 49 AZN təşkil edir. "Excelsior Hotel Baku" hotelinə 496 80 00 telefon nömrəsinə zəng vuraraq rezerv edə bilərsiniz.

"Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" standart, 9 "Duke" kiçik otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti