...

"AtaHolding"in təşkil etdiyi mini-futbol turnirinin ilk turu məhsuldarlığı ilə yadda qalıb (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2013 15:38 (UTC +04:00)
Aprelin 20-də "AtaBank"nın dəstəyi ilə "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları arasında mini-futbol turnirinə start verilib.
"AtaHolding"in təşkil etdiyi mini-futbol turnirinin ilk turu məhsuldarlığı ilə yadda qalıb (FOTO)

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Aprelin 20-də "AtaBank"nın dəstəyi ilə "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları arasında mini-futbol turnirinə start verilib. Bu barədə Trend-ə holdinqdən daxil olan məlumatda bildirilir.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yarışın rəsmi açılış mərasimi olub. Mərasimdə ulu öndərimizin xalqımıza, ölkə idmanına göstərdiyi diqqət və qayğıdan, həmçinin turnirin əhəmiyyətindən danışılıb.

Ardınca yarışın ilk - "RENCONS" - "Bank VTB" matçının start fiti verilib. Aprelin 20-21-də turnirin I turu oynanılıb ki, görüşlərdən 5-i şənbə, digər 3-ü isə bazar gününə təsadüf edib. Matçlar məhsuldarlığı ilə yadda qalıb. Oyunlarda 1 penta-trik, 2 poker, 2 het-trik və 9 dubl qeydə alınıb. Ümumilikdə isə azarkeşlər 57 qolun şahidi olublar.

Qrup mərhələsi

I tur

A qrupu

Bu qrupda heç-heçə olmayıb. "Bank VTB" və MXD klubları ilk görüşlərini qələbə ilə başa vuraraq, 3 xalla turnir cədvəlinin ilk 2 pilləsində qərarlaşıblar. Onlardan ikincisi top fərqinə görə liderdir.

"RENCONS" - "Bank VTB" - 1:2

Qollar: Hakan Kabalçı, 37 - Orxan Nəsibov, 4; Yaşar Hüseynov, 23

MXD - "Embarqo" - 6:0

Qollar: Tural Süleymanov, 2; 33; Lütfi Əliyev, 27; Faiq Baxşıyev, 34; 37; 42

K

O

Q

H

M

T

X

MXD

1

1

0

0

6-0

3

Bank VTB

1

1

0

0

2-1

3

RENCONS

1

0

0

1

1-2

0

Embarqo

1

0

0

1

0-6

0

B qrupu

Burada baş tutan 2 oyunda qapılara 22 qol vurulub. Əgər "AtaHolding" - "Synergetic" duelində komandalar hərəyə 6 qol vuraraq "sülh"ə razılaşıblarsa, digər - "First United" - "AtaCard" görüşündə nominal ev sahibləri rəqiblərini 8 dəfə cəzalandırıblar və qapılarında 2 qol görüblər. Bunun nəticəsi olaraq, "First United" turnir cədvəlinə başçılıq edir. Yarışda yeganə penta-trik də B qrupunda olub.

"AtaHolding" - "Synergetic" - 6:6

Qollar: Kamal Mikayılov, 11; Rəşad Rəsullu, 19; 22; Qorxmaz Ağayev, 36; 41; Məhəmmədiyə Əliyev, 42 - Emin Aydəmirov, 10; 22; 25; 46; 50; Riyad Hüseynov, 40

"First United" - "AtaCard" - 8:2

Qollar: Kamran Əhmədov, 12; 17; Elşən Əmrahov, 18; 41; 50; Fuad Babayev, 35; Rüstəm Səfərov, 37; Adil Kamallı, 45 - Murad Əlizadə, 33; Teymur Axundov, 42

K

O

Q

H

M

T

X

First United

1

1

0

0

8-2

3

AtaHolding

1

0

1

0

6-6

1

Synergetic

1

0

1

0

6-6

1

AtaCard

1

0

0

1

2-8

0

C qrupu

Bu qrupda da görüşlərin biri 1 xalla başa çatıb. Heç-heçə qrup liderləri hesab olunan "No Name" ilə "Buta" komandalarının qarşılaşmasında rəsmiləşib. Görüşdə birincilər 0:2 hesabı ilə uduzmalarına baxmayaraq, əzmkarlıq sayəsində rəqibin 3 xal qazanmasına imkan verməyiblər. "FC Cybernet" - "Excelsior Hotel" matçında isə 7:2 hesabı qeydə alınıb. Rəqibini 7 dəfə mərkəzə dəvət edən "FC Cybernet" hələlik birincidir.

"FC Cybernet" - "Excelsior Hotel" - 7:2

Qollar: İsmayıl Hüseynov, 1; 35; İlham Hüseynov, 10; 28; Şöhrət Mayılov, 12; 42; Elman Hüseynli, 39 - Elnur Yusubov, 13; Ruslan Babayev, 22

"No Name" - "Buta" - 2:2

Qollar: Fuad Seyidov, 40; Miryaqub Dadaşov, 48 - Osman Abdullazadə, 9; 34

K

O

Q

H

M

T

X

FC Cybernet

1

1

0

0

7-2

3

No Name

1

0

1

0

2-2

1

Buta

1

0

1

0

2-2

1

Excelsior Hotel

1

0

0

1

2-7

0

D qrupu

Qrupun ilk - "Gobustone" və "AtaTexnologiya" klubları arasında oyun 1:4 hesabı ilə başa çatıb. "Sumqayıt" - "Red Defils" qarşılaşması daha maraqlı alınıb və görüşü Anar Həsənov - Zaur Zeynalov dueli də adlandırmaq olar. Çünki məhz bu futbolçular poker edərək, hərəsi komandasına 1 xal qazandırıb.

"Gobustone" - "AtaTexnologiya" - 1:4

Qollar: Bayram Abdullayev, 35 - Ramiz Boqdanov, 7; Fərid Hüseynov, 13; 40; Yaşar Qəhrəmanov, 25

"Sumqayıt" - "Red Defils" - 4:4

Qollar: Anar Həsənov, 11; 29; 31; 42 - Zaur Zeynalov, 4; 8; 24; 39

K

O

Q

H

M

T

X

AtaTexnologiya

1

1

0

0

4-1

3

Sumqayıt

1

0

1

0

4-4

1

Red Defils

1

0

1

0

4-4

1

Gobustone

1

0

0

1

1-4

0

Qeyd edək ki, yekunda qalibə 3500, 2-ci yeri tutacaq komandaya 2500, 3-cü pillənin sahibinə isə 1500 manat pul mükafatı veriləcək. Bundan əlavə, yarışın ən yaxşıları üçün də hədiyyə nəzərdə tutulub. Turnirin ən yaxşı oyunçusu, ən yaxşı qapıçısı və bombardiri hərəyə 500 manatla mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti