...

"AtaBank"ın dəstəyi ilə keçirilən mini-futbol turnirində 1/4 finalçılar müəyyənləşib

Cəmiyyət Materials 6 May 2013 19:04 (UTC +04:00)
"AtaBank"ın dəstəyi ilə "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları arasında keçirilən mini-futbol turnirində qrup mərhələsinin oyunları başa çatıb. Gərgin keçən 3 turdan sonra 1/4 finala vəsiqə qazanan bütün komandaların adları müəyyənləşib.
"AtaBank"ın dəstəyi ilə keçirilən mini-futbol turnirində 1/4 finalçılar müəyyənləşib

Azərbaycan, Bakı, 6 may/Trend/

"AtaBank"ın dəstəyi ilə "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları arasında keçirilən mini-futbol turnirində qrup mərhələsinin oyunları başa çatıb. Gərgin keçən 3 turdan sonra 1/4 finala vəsiqə qazanan bütün komandaların adları müəyyənləşib. 8 klub isə turnirlə vaxtından əvvəl vidalaşıb.

A qrupu

MXD klubu özü üçün 1 tur öncə 1/4 finala vəsiqəni təmin etsə də, III turda da qələbə seriyasını davam etdirib. Onlar "RENCONS"a qalib gəlməklə, rəqiblərinin yarışla vaxtından əvvəl vidalaşmasına səbəb olublar.

Bu, daha çox "Bank VTB"yə sərf edib. Belə ki, əsas rəqiblərinin xal itirməsi və onların qrup mərhələsinin son turunda "Embarqo"nu darmadağın etmələri mərhələ adlamaları ilə nəticələnib. Yekunda son həftənin məğlubları - "RENCONS" və "Embarqo" turnirlə vidalaşıb, MXD ilə "Bank VTB2 isə 1/4 finala çıxıblar.

"Bank VTB" - "Embarqo" - 10:1

QOLLAR: Yaşar Hüseynov, 4; 18; Anar Rəhimov, 5; 15; Orxan Nəsibov, 11; Fərəc Fərəci, 14; 22; 44; Elçin Babayev, 20; 31 - Arif Əjdərov, 291

"RENCONS" - MXD - 3:5

QOLLAR: Orxan Həbibov, 13; 43; 48 - Tamerlan Məmmədov, 7; 30; 34; Tural Süleymanov, 29; 39

K

O

Q

H

M

T

X

MXD

3

3

0

0

16-6

9

Bank VTB

3

2

0

1

15-7

6

RENCONS

3

1

0

2

11-8

3

Embarqo

3

0

0

3

2-23

0

B qrupu

Bu qrupu "ölüm qrupu" da adlandırmaq olardı. Çünki təxminən eyni gücdə olan komandaların mübarizəsində ikinci yerin sahibi şəxsi görüşə görə müəyyənləşib. Düzdür, ilk turda məğlubiyyətdən sonra əzmkar oyun nümayiş etdirən, hətta "Synergetic"lə son turda matçın başa çatmasına cəmi 1 dəqiqə qalmış fərqlənərək ardıcıl ikinci qələbəsini qazanan "AtaCard" qrupu lider kimi başa vurub.

Maraqlıdır ki, onların uduzduğu "First United" isə növbəti mərhələyə yüksələ bilməyib. Buna səbəb "Synergetic"in şəxsi görüşdə rəqibindən üstün olmasıdır. Nəticədə "AtaCard"la "Synergetic" 1/4 finala çıxdığı halda, "First United" və "AtaHolding" qrupda qalıblar.

"AtaHolding" - "First United" - 5:5

QOLLAR: Qorxmaz Ağayev, 3; 6; 15; 27; 42 - Kamran Əhmədov, 13; Elşən Əmrahov, 14; İsmayıl Amanov, 32; 36; Adil Kamilli, 46

"AtaCard" - "Synergetic" - 4:3

QOLLAR: Fərrux Veyniyev, 12; 24; 49; Murad Əlizadə, 42 - Fərid Hüseynov, 26; Emin Aydəmirov, 27; 46

K

O

Q

H

M

T

X

AtaCard

3

2

0

1

14-14

6

Synergetic

3

1

1

1

12-12

4

First United

3

1

1

1

15-10

4

AtaHolding

3

0

2

1

14-19

1

C qrupu

Bu qrupda "FC Cybernet" II turdakı qələbəsindan sonra özü üçün 1/4 finala vəsiqəni təmin etsə də, son matçda "No Name"lə qarşılaşması da xüsusi əhəmiyyət daşıyırdı. Çünki onlar uduzmayacağı halda növbəti mərhələyə qrup lideri kimi yüksələcəkdi. Lakin "adsız komanda" onların bu istəyinin həyata keçməsinə imkan verməyib. Gözəl oyunla rəqibinə 5:1 hesabı ilə qalib gələn "No Name" qrupda birinci pilləni ələ keçirərək, mərhələ adlayıb.

Qrupun digər - "Excelsior Hotel" - "Buta" oyunu ikincilərin qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində "Buta" sonuncu 3-cü yeri tutub. "Excelsior Hotel" isə yarışı xalsız tərk edib.

"FC Cybernet" - "No Name" - 1:5

QOLLAR: İlham Hüseynov, 22 - Erkin Əsədov, 2; 47; 48; Hüseyn Xəlilov, 24; Kamran Məmmədov, 41

"Excelsior Hotel" - "Buta" - 4:5

QOLLAR: Elnur Yusubov, 15; 30; 31; Elvin Həsənov, 43 - Zəfər Muxtarov, 3; 6; 49; Osman Abdullazadə, 36; Şəhriyar Əlizadə, 45

K

O

Q

H

M

T

X

No Name

3

2

1

0

17-3

7

FC Cybernet

3

2

0

1

11-9

6

Buta

3

1

1

1

9-9

4

Excelsior Hotel

3

0

0

3

6-23

0

D qrupu

Burada da hansısa sensasiya qeydə alınmayıb. Ötən turdan 1/4 finala yüksəldiyi bilinən "AtaTexnologiya" "Red Defils" komandasına böyük hesabla qalib gəlib və liderliyini qoruyub. Onların futbolçusu Fərid Hüseynov isə pokerlə bombardirliyini davam etdirib. Hazırda onun aktivində 12 top var.

"Gobustone" - "Sumqayıt" duelində birincilər rəqiblərinə heç bir şans verməyiblər. Əsas rəqibləri uduzduğundan, "Gənclik şəhəri"nin təmsilçilərini də özləri 11:2 hesabı ilə məğlub edərək, ikinci yerin sahibi kimi 1/4 finalda iştirak hüququ qazanıblar.

"AtaTexnologiya" - "Red Defils" - 8:2

QOLLAR: Yaşar Qəhrəmanov, 10; 29; Fərid Hüseynov, 36; 38; 39; 40; Ramiz Boqdanov, 45; Mədət Mustafayev, 50 - Zaur Zeynallı, 4; 38

"Gobustone" - "Sumqayıt" - 11:2

QOLLAR: Ramil Qəhrəmanov, 2; 43; Cəmil İbrahimov, 18; 49; Bayram Abdullayev, 20; 42; Vüqar Həmidov, 21; 38; Ceyhun Məmmədov, 24; 44; 46 - Ruslan Sadıqov, 41; Orxan Bije, 49

K

O

Q

H

M

T

X

AtaTexnologiya

3

3

0

0

22-1

9

Gobustone

3

2

0

1

16-8

6

Red Defils

3

0

1

2

8-16

1

Sumqayıt

3

0

1

2

6-25

1

Beləliklə, 3 həftəlik oyunlardan sonra 1/4 final cütlərinə aydınlıq gəlib. Onlar aşağıdakı kimidir:

MXD - "Synergetic"

"AtaCard" - "Bank VTB"

"No Name" - "Gobustone"

"AtaTexnologiya" - "FC Cybernet"

Qeyd edək ki, 1/4 final oyununun keçirilmə günü bugünlərdə açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti