...

“AtaTexnologiya” MMC tələbələr arasında yazılı inşa müsabiqəsi elan edib

Cəmiyyət Materials 13 May 2013 11:34 (UTC +04:00)
"AtaTexnologiya" MMC tələbələr arasında informasiya- kommunikasiya texnologiyaları sahəsində yazılı inşa müsabiqəsi elan edib.
“AtaTexnologiya” MMC  tələbələr arasında yazılı inşa müsabiqəsi elan edib

Azərbaycan, Bakı, 13 may /Trend/

"AtaTexnologiya" MMC tələbələr arasında informasiya- kommunikasiya texnologiyaları sahəsində yazılı inşa müsabiqəsi elan edib. Bu barədə Trend-ə bazar ertəsi şirkətdən daxil olan məlumatda bildirlir

Müsabiqə mayın 15-dən iyunun 15-a qədər davam edəcək. İKT ideyaları daha maraqlı olan müsabiqə qalibləri "AtaTexnologiya" MMC-də təcrübə keçmək imkanı əldə edəcəklər. Bu aksiya İKT nailiyyətlərinin geniş yayılması və istedadlı gənclərə dəstək məqsədilə keçirilir.

"AtaTexnologiya" MMC-nin direktoru Mais Yusifov müsabiqənin əhəmiyyətindən danışaraq bildirib: "Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən bu il "İnformasiya Kommunikasiya Texnologiyaları ili" elan edilmişdir. Bunu nəzərə alaraq, şirkətimiz bununla ölkə İKT sektorunun inkişafına gənc mütəxəssislərin cəlb edilməsi üzrə öz töhfəsini vermək qərarına gəlmişdir. Azərbaycan bazarına İKT-nin son nailiyyətlərini və texnologiyalarını tətbiq etməklə yanaşı, biz öz fəaliyyətimizlə yüksək ixtisaslı gənc kadrların hazırlanması problemini həll etməyə çalışırıq".

Müsabiqədə iştirak etmək arzusunda olan tələbələr öz İKT ilə bağlı inşalarını [email protected] elektron poçtuna göndərə bilərlər.

"AtaHolding" ASC-nin tərkib hissəsində fəaliyyət göstərən "AtaTexnologiya" MMC 2005-ci ilin may ayında yaradılmışdır. İnformasiya texnologiyaları sahəsində geniş xidmətlər spektri təqdim edən şirkət banklar, iri müəssisə və təşkilatlar üçün proqram təminatı məhsulları bazarında ixtisaslaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti