...

"Excelsior Hotel Baku"nun Sağlamlıq Mərkəzi xüsusi sağlamlıq proqramı təklif edir

Cəmiyyət Materials 13 May 2013 11:51 (UTC +04:00)
"Excelsior Hotel Baku" hotelinin "Aura" Sağlamlıq Mərkəzi qadınlar üçün xüsusi yay sağlamlıq proqramı təklif edir.
"Excelsior Hotel Baku"nun Sağlamlıq  Mərkəzi xüsusi sağlamlıq proqramı təklif edir

Azərbaycan, Bakı, 13 may /Trend/

"Excelsior Hotel Baku" hotelinin "Aura" Sağlamlıq Mərkəzi qadınlar üçün xüsusi yay sağlamlıq proqramı təklif edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Ata Holding" şirkətlər qrupunun yaydığı məlumatda bildirilir

Hər zaman gözəl görünməyə və sağlam olmağa çalışan, yay fəslində idman dərslərini davam etdirmək istəyən qadınlarımız üçün fitnes üzrə xüsusi təklif hazırlanıb. Qadınlar üçün xüsusi təklif həftəiçi səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər vaxtı əhatə edir. Təklifə fitnes mərkəzindən, açıq və qapalı hovuzdan, sauna, buxar və cakkuzidən, açıq havada tennis və skvoş zallarından istifadə daxildir. Qadınlar üçün bir aylıq abunə 260 AZN, 3 aylıq abunə 750 AZN və 1 illik abunə 1175 AZN təşkil edir.

"Excelsior Hotel Baku" hoteli qonaqların və iştirakçıların hoteldə keçirilən tədbirlərə rahat gəlib-getməsi üçün 17 nəfərlik avtobus istifadəyə verib. "Mercedes" sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətində olacaq. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında "Excelsior Hotel Baku" hotelinin qarşısından qonaqları "Park Bulvar"a və səhər 09.00-dan başlayaraq hər saatda "Park Bulvar"ın qarşısından "Excelsior Hotel Baku" hotelinə aparacaq. Xidmət ödənişsizdir, hotelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub. Bu marşrut isti yay günlərində yalnız qonaqlara deyil, həmçinin "Aura" Sağlamlıq Mərkəzinin xidmətlərindən istifadə edən qonaqları və xüsusilə qadınlar üçün rahatlıq yaradır.

"Excelsior Hotel Baku" hotelinə 496 80 00 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür. Qeyd edək ki, "Excelsior Hotel Baku" hoteli 2005-ci ilin avqustundan fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" deluks, 9 "Duke" standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" Sağlamlıq Mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti