...

"AtaTexnologiya" valideyn himayəsindən kənarda qalmış uşaqlar üçün "Tumurcuq" qəzetinə abunə təşkil edib

Cəmiyyət Materials 31 May 2013 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

"AtaTexnologiya" MMC valideyn himayəsindən kənarda qalmış uşaqlar üçün "Tumurcuq" qəzetinə abunə təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Ata Holding" şirkətlər qrupunun yaydığı məlumatda deyilir.

Bunun sayəsində Bakı şəhəri Xətai rayonunun 3 saylı Uşaq evinin 7 yaşından 14 yaşına qədər yetirmələri həmin xüsusi uşaq nəşrini pulsuz alacaqlar.

"AtaTexnologiya" MMC-nin direktoru Mais Yusifovun bildirdi ki, bu aksiya şirkətin Korporativ Sosial Məsuliyyəti çərçivəsində aparılır və iyunun 1-də hər yerdə qeyd olunacaq Ümumdünya uşaqları müdafiə gününə həsr edilmişdir. Biz cəmiyyət qarşısında sosial məsələlərin həllində valideyn himayəsindən kənarda qalmış, buna görə də xüsusi qayğıya ehtiyac duyan uşaqların problemlərinə diqqət yetirməklə, öz məsuliyyətimizi yerinə yetirməyə çalışırıq.

"AtaTexnologiya" MMC həmçinin, yeniyetmələr üçün İKT sahəsində nailiyyətlərin yayılması və istedadlı gənclərin üzə çıxarılması məqsədilə Azərbaycan Respublikasında Prezident İlham Əliyevin elan etdiyi "İKT ili"nə dəstək çərçivəsində İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə açıq dərslərin keçirilməsini planlaşdırır.

"AtaHolding" ASC-nin tərkib hissəsində fəaliyyət göstərən "AtaTexnologiya" MMC 2005-ci ilin may ayında yaradılmışdır. İnformasiya texnologiyaları sahəsində geniş xidmətlər spektri təqdim edən şirkət banklar, iri müəssisə və təşkilatlar üçün proqram təminatı məhsulları bazarında ixtisaslaşmışdır. Bu məqsədlə "AtaTexnologiya" MMC İT sahəsində qabaqcıl xarici şirkətlərlə: Yaz, Netsis, HP, Dell, Cisco, Microsoft, Oracle ilə əməkdaşlıq edir. Bununla yanaşı, "AtaTexnologiya" MMC İT-avadanlığın bütün növləri ilə təchizat üzrə xidmətlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti