...

Azərbaycan Ordusunun əsgəri öz silahından açılan atəş nəticəsində həlak olub

Cəmiyyət Materials 15 İyul 2014 10:20 (UTC +04:00)
Azərbaycan Ordusunun əsgəri həlak olub.
Azərbaycan Ordusunun əsgəri öz silahından açılan atəş nəticəsində həlak olub

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Ordusunun əsgəri həlak olub.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin Ermənistanla cəbhə xəttində yerləşən "N" saylı hərbi hissəsində hərbi hissənin əsgəri, 1996-cı ildə Bakı şəhəri Xəzər rayonunda anadan olmuş Xəlilov Orxan Lazım oğlu tabeliyindəki xidməti silahdan açdığı atəş nəticəsində həlak olub.

Faktı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.

Faktla bağlı cinayət işi açılıb, baş vermiş hadisənin intihar olması və ya ehtiyatsızlıqdan baş verməsi ilə bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti