...

"Aura" sağlamlıq mərkəzində stolüstü tennis yarışı keçirilib

Cəmiyyət Materials 23 Fevral 2015 17:05 (UTC +04:00)
“AtaSığorta” ASC Azərbaycan kütləvi informasiya vasitələri əməkdaşları arasında stolüstü tennis üzrə idman yarışının keçirilməsi təşəbbüsü ilə çıxış edib.
"Aura" sağlamlıq mərkəzində stolüstü tennis yarışı keçirilib

Azərbaycan, Bakı, 23 fevral /Trend/

"AtaSığorta" ASC Azərbaycan kütləvi informasiya vasitələri əməkdaşları arasında stolüstü tennis üzrə idman yarışının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, 2015-ci il fevralın 22-də "Excelsior Hotel Baku" hotelinin "Aura" sağlamlıq mərkəzində idmanın bu növü üzrə yarış baş tutmuşdur. İdman yarışında ölkənin aparıcı mətbuat orqanlarının 20-yə qədər jurnalisti iştirak etmişdir. Məlum olduğu kimi, stolüstü tennis əzələlərin bütün qruplarına bərabər və sabit yüklənməni təmin edir, üstəlik, öz imkanlarını düzgün qiymətləndirmək qabiliyyətini və öz bədəninin hərəkətlərini dəqiq koordinasiya etməyi inkişaf etdirir.

Yarışın qaliblərinə "AtaSığorta" tərəfindən sertifikatlar və hədiyyələr təqdim edilmişdir. Tennis turnirində birinci yerə "Azadİnform" agentliyinin baş redaktoru Niyaz Niftəliyev, ikinci yerə "Palitra" qəzetinin müxbiri İlkin Ağayev, üçüncü yerə "AzNews" saytının baş redaktoru Elçin Zahiroğlu layiq görülüb.

"AtaSığorta" ASC-nin İdarə Heyətinin üzvü Ramil Abdullayev demişdir: "Daxili kommunikasiyalar planına görə 2015-ci ildə "AtaSığorta" ASC KİV nümayəndələri üçün müxtəlif tədbirlərin keçirilməsini planlaşdırır. Stolüstü tennis yarışının keçirilməsində məqsəd asudə vaxtın təşkili, idman tonusunun saxlanması və jurnalistlərin qeyri-rəsmi ünsiyyəti üçün şərait yaratmaqdır".

"Excelsior Hotel Baku" hotelinin "Aura" sağlamlıq mərkəzinin meneceri Şahin Qədimov qeyd etmişdir ki, sağlamlıq mərkəzində şirkətlərlə kollektiv idman tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılmışdır. "İdman meydançası nəinki çətin iş günündən sonra yorğunluğu çıxarmaq, həm də sərbəst şəraitdə cari məsələləri müzakirə etmək üçün əla imkandır", - deyə o qeyd etmişdir.

"Excelsior Hotel Baku" hoteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir və 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 standart "Heritage" otaq, 9 "Duke" kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, "Aura" sağlamlıq mərkəzi qonaqlara xidmət göstərir.

"AtaHolding" şirkətlər qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 14,6 milyon manat nizamnamə kapitalına malik olmaqla, 26 sığorta növü - 22 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 18 filial, nümayəndəlik və ofislər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti