...

"Excelsior Hotel & Spa Baku"da "Baku Fashion Nights 2015" moda günləri

Cəmiyyət Materials 24 Fevral 2015 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

13, 14 və 15 mart 2015-ci il tarixlərində "Excelsior Hotel & SPA Baku" hotelində baş tutacaq "Baku Fashion Nights 2015" təntənəli moda günlərinə hazırlıq mərhələsi uğurla davam edir.

AtaHolding-dən Trend-ə verilən məlumata görə, "Baku Fashion Nights 2015" moda günləri, "FMS Models"," Excelsior Hotel & Spa Baku" hotelinin təşkilatı ilə keçiriləcək.

13 mart tarixində "Baku Fashion Nights 2015" tədbirinin ilk günü əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın yeni kolleksiyası dəb azarkeşlərinin zövqünü oxşayacaq. Möhtəşəm dəfilənin ardından podiumda yerli dizayner və modelyerlərin 2015 yaz-yay kolleksiyasından seçilmiş nümunələr nümayiş olunacaq. "Fashion Couture by Ulker Huseynova" Moda Evinin eleqant kolleksiyası, "Beauttech" salonlar şəbəkəsindən Elnarə Əhmədovanın təqdimatında 2015 dəb tendensiyasına uyğun saç düzümü şousu qonaqlara unudulmaz anlar yaşadacaq. Tədbirin irəliləyən saatlarında səhnə alacaq digər gənc və istedadlı modelyer Günay Mirzə yaz-yay moda trendləri ilə qarşılayacaq.

14 mart tarixində podiumda yer alacaq və ən yeni kolleksiyası ilə qonaqları salamlayacaq modelyer, sənətşunaslıq üzrə fəlsəfə doktoru, Gülnarə Xəlilovanın təqdimatı olacaq. Tədbirin davamında nümayişi maraqlı və rəngarəng kolleksiyaları ilə zənginləşdirən "La Couture Baku" Xavər Məmmədova, "Hokuma by Hokuma Hajıyeva" və "Magura by Gulshan Ibrahimova" Moda Evləri olacaq.

Türk modasının canlı korifeylərindən olan əfsanəvi modelyer Yıldırım Mayruk, layiqli köməkçi və davamçısı Barbaros Şansal "Baku Fashion Nights 2015"-in fəxri qonaqlarındandır. Y.Mayruk məhz bu il 50 illik yubileyini "Excelsior Hotel & Spa Baku" hotelində və "Baku Fashion Nights 2015" moda günlərində özəl olaraq qeyd edəcək.

15 martda vida dəfiləsini azərbaycanlı heyranlarına sərgiləyəcək Y.Mayruk "Pert-a-Porter " konseptli kolleksiyası ilə qarşınızda olacaq. Kolleksiyanın ən görkəmli parçaları Türkiyədə yaşayan həmyerlimiz model Günay Musayevaya həvalə olunub. Y.Mayrukun sözlərinə görə, gecəyə təşrif buyuran qonaqları xoş sürpizlər gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti