...

Sosial Xidmətlər Agentliyinin 3 əməkdaşı da medallarla təltif edilib (FOTO)

Cəmiyyət Materials 29 Dekabr 2020 15:28 (UTC +04:00)
Sosial Xidmətlər Agentliyinin 3 əməkdaşı da medallarla təltif edilib (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin Sərəncamları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 3 əməkdaşı da ərazilərimizin işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə medallarla təltif ediliblər.

Onlardan Elnur Əliyev 3 medalla - “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Agentliyinin əməkdaşları Amin Həsrətov və Kamran Abdullayev də hər biri “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”medallarına layiq görülüblər.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemindən 81 əməkdaş İkinci Qarabağ müharibəsində iştirak edib və möhtəşəm Zəfərimizin qazanılmasına öz töhfəsini verib.

Xalqımıza qələbə sevinci yaşadan qəhrəmanlarımızla fəxr edirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti