...

“Azərlotereya” ASC lotereyaları artıq Bakı Bulvarı və iri marketlər şəbəkələrində

Cəmiyyət Materials 2 İyun 2022 16:54 (UTC +04:00)
“Azərlotereya” ASC lotereyaları artıq Bakı Bulvarı və iri marketlər şəbəkələrində

Bakı. Trend:

“Azərlotereya” ASC həvəskarlarını məmnun etmək və onlara daha da əlçatan olmaq üçün satış şəbəkəsini genişləndirməyə davam edir.

Şirkətin ani lotereyaları “Rahat”, “OBA”, “Bolmart” və “Grandmart” market şəbəkələrinin filiallarında, eləcə də Bakı Bulvarında satışa çıxarılıb. Bu məqsədlə “Azərlotereya” ASC “Betpro” şirkəti ilə əməkdaşlığa başlayıb. Şirkət “Azərlotereya” ASC-nin təşkil etdiyi ani lotereyaların satışını həyata keçirir.

“Betpro” şirkəti “Azərlotereya” ASC-nin rəsmi distributoru olaraq bölgələrdə və paytaxt ərazisində lotereya biletlərinin satışını təmin edir. Bununla da şans oyunlarını sevənlər artıq daha rahat şəkildə bilet alaraq böyük uduşlar üçün öz şanslarını sınaya biləcəklər.

Hazırda “Azərlotereya” ASC-nin böyük uduşu 200.000 manat olan “40.000.000 Pul Yağışı”, böyük uduşu 100.000 manat olan “Brilliant” və “5X”, böyük uduşu 50.000 manat olan “Şans ulduzu” və “Uğurlu 7”, böyük uduşu 25.000 olan “Qızıl” ani lotereyalarının satışını həyata keçirən rəsmi distributoru “Betpro” şirkəti yaxın zamanlarda tirajlı lotereyaların da satışını planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti