...

Müəllimlər əlavələrlə birgə nə qədər maaş alacaq?

Cəmiyyət Materials 23 Avqust 2022 11:31 (UTC +04:00)
Müəllimlər əlavələrlə birgə nə qədər maaş alacaq?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hal-hazırda 6 saata yaxın dərs deyən 4 439 müəllim var. Bu da ümumi müəllimlərin 4 faizini təşkil edir. Onlar 150 manat maaş alırlar. Yeni qərarla həmin müəllimlərin əməkhaqqlarına edilən 10 faiz artımla minimum 165 manat, 35 faizlə isə minimum 203 manat olacaq.

Trend-in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, 6 saatdan 12 saata qədər dərs deyən müəllimlərin sayı 18 530, 12 saatdan 18 saata qədər dərs deyənlərin sayı 31 116, 18 saatdan 24 saatadək dərs deyənlərin sayı 40 209, 24 saatdan çox dərsi olna müəllimlərin sayı isə 34 382 nəfərdir.

“Ölkədə bu gün üçün 129 min nəfər pedaqoji heyət var. Bundan əlavə 11 mindən çox idarəetmə heyətində olanlar da dərs deyir"- deyə E.Əmrullayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti