...

MİQ əlavə vakansiya seçiminin nəticələri açıqlanıb

Cəmiyyət Materials 26 Avqust 2022 15:41 (UTC +04:00)
MİQ əlavə vakansiya seçiminin nəticələri açıqlanıb

Bakı. Trend:

2022-2023-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin əsas turunda tutulmayan vakant yerlər üçün əlavə vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 24-26 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 251 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak etmək hüququ əldə edib.

Qeyd edək ki, müsahibə mərhələsi tədris ili ərzində baş tutacaq və bu barədə məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti