Bakı. Trend:
"2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nin reallaşdırılmasının son mərhələləri sosial proqramları əhatə edir.
Trend-in məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov "2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nin icrası üzrə İstiqamətləndirici Komitənin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, layihənin əsas prioritetlərini təhsil və məşğulluq sahələri təşkil edir.
"Bu il layihənin reallaşdırılması prosesinin müzakirəsi üzrə 21 görüşün keçiriləcəyi gözlənilir", - o deyib.
A.Kərimov layihənin həmçinin şəhərlər və rayonlar arasında əmək haqlarının səviyyəsi, təhsil və digər göstəriciləri üzrə bərabərliyin müəyyən olunmasına imkan yaradacağını deyib.
"Bildirmək istəyirəm ki, Azərbaycan artıq böyük nəticələr əldə edib, ölkəmizin bu layihənin reallaşdırılması üzrə təcrübəsini digər ölkələr öyrənməkdədirlər. BMT hətta qlobal tədbirlərdə bizim "2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nin reallaşdırılması üzrə hesabatlarımızı nümunə olaraq göstərir", - o əlavə edib.