...

Daşgil vulkanları ərazisinə giriş müvəqqəti dayandırılıb

Cəmiyyət Materials 8 Aprel 2025 15:10 (UTC +04:00)
Daşgil vulkanları ərazisinə giriş müvəqqəti dayandırılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Daşgil vulkanlarının təbii özünübərpa prosesi üçün tələb olunan zəruri müddət nəzərə alınaraq, mütəxəssislərin rəyi əsasında əraziyə giriş müvəqqəti dayandırılıb.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.

O qeyd edib ki, burada informasiya, mühafizə köşkü fəaliyyətə başlayıb.

Qeyd edək ki, bu gün Dövlət Turizm Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində yerləşən Daşgil palçıq vulkanlarının ətrafında ekoloji aksiya keçirilib.

Müvafiq qurumların əməkdaşlarının, turizm sənayesi və media nümayəndələrinin, eləcə də turizm könüllülərinin iştirakı ilə təşkil olunan aksiya zamanı ərazi tullantılardan təmizlənib.

Xəbər lenti

Xəbər lenti