Bakı. Trend:
Azərbaycanın hər bir yeri bizim üçün əziz olsa da, öz yurdum Sarıcalı kəndi üçün çox darıxmışam.
Bunu Trend-ə açıqlamasında Ağdam sakini Elgiz Tağıyev deyib.
Onun sözlərinə görə, 33 yaşında tərk etdiyi Sarıcalını abad etmək üçün ömrünün sonunadək çalışacaq.
"Allah Prezidentimizi qorusun, onun rəhbərliyi sayəsində torpaqlarımız işğaldan azad edilib. Allah şəhidlərimizə rəhmət eləsin, şəhidlərimizin qanı bahasına torpaqlarımız azad olunub. Şəhid ailələrinin qarşısında baş əyirəm. Qazilərimizə cansağlığı arzulayıram", - deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.