Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir M.Əliyev/
Futbol üzrə Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsində keçirəcəyi ilk 2 matçın hansı stadionda oynanılacağı müəyyənləşib.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, millimiz bu il sentyabrın 7-də İsrail yığması ilə Tofiq Bəhramov adına Respublika stadionunda, sentyabrın 11-də isə Portuqaliya yığması ilə Braqa şəhərindəki Braga Municipial Stadium-da qarşılaşacaq.
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı "F" qrupunda İsrail və Portuqaliya ilə yanaşı, Rusiya, Şimali İrlandiya və Lüksemburq yığmaları da mübarizə aparacaq.
2014-cü il Dünya Çempionatı Braziliyada keçiriləcək.