...

DSMF-də ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mini-futbol turnirinin açılışı olub

İdman Materials 3 Aprel 2013 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Fondun strukturlarının komandaları arasında mini-futbol turnirinin açılış mərasimi keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə cıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti dövrü Azərbaycan tarixinin ən parlaq hissəsidir. "Hazırda ölkəmizin həyatının bütün sahələrində ümummilli liderimizin müəyyənləşdirdiyi prinsiplər uğurla gercəkləşdirilməkdədir", - deyən DSMF sədri vurğulayıb ki, ulu öndər Heydər Əliyev idman sahəsinə də xüsusi diqqət göstərib və bu qayğının sayəsində Azərbaycanda idmanın inkişafı, kütləviləşməsi üçün də mükəmməl baza formalaşıb. Bu baza bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirməyə, yüksək nailiyyətlər əldə etməyə imkan yaradıb və Azərbaycanda idmanın qısa müddətdə surətli inkişafı Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi sayəsində reallığa çevrilib.

Fondun sədri nəzərə çatdırıb ki, DSMF-də artıq neçə illərdir ümummilli liderin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlər təşkil olunur və bunlardan biri də mini-futbol turniridir.

Tədbirdə qeyd olunub ki, mini-futbol turnirinin qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ərəfəsində müəyyənləşəcək, qalib komandalara kubok, medallar və pul mükafatları təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti