...

Velosipedçi Elçin Əsədov: Bakı komandası yaxşı nəticələr göstərmək üçün əlindən gələni edəcək (FOTO)

İdman Materials 1 May 2013 09:59 (UTC +04:00)
"Tour d'Azerbaidjan" velosiped turniri Azərbaycanda ikinci dəfədir keçirilir və bu ölkənin daima inkişafda olmasının nəticəsidir.
Velosipedçi Elçin Əsədov: Bakı komandası yaxşı nəticələr göstərmək üçün əlindən gələni edəcək (FOTO)

Azərbaycan, Bakı, 1 may / Trend /

"Tour d'Azerbaidjan" velosiped turniri Azərbaycanda ikinci dəfədir keçirilir və bu ölkənin daima inkişafda olmasının nəticəsidir.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan komandasının yeganə azərbaycanlı idmançısı Elçin Əsədov bildirib.

"Biz Bakı komandası olaraq əlimizdən gələni etməliyik ki, yaxşı nəticələr göstərək. Bu yarışmada favorit gördüyüm komandaların arasında Türkiyə, Litva, İsveçrə və Almaniya klublarıdır", - velosipedçi deyib.

O qeyd edib ki, hər bir idmançı öz vətənində keçirilən yarışmada özünə daha da əmin olur.

"Mən fürsətdən istifadə edib demək istəyirəm ki, yerli əhali bizə nə qədər dəstək olarsa, bizim də nailiyyətlərimiz bir o qədər çox olar. Ona görə də vətəndaşlarımızın marşrut üzrə yola çıxaraq bizə dəstək olmalarını istərdim", - Əsədov deyib.

Qeyd edək ki, Bakıda "Tour d'Azerbaidjan" velosiped turnirinin açılış mərasimi keçirilib. Mərasimdə 25 ölkənin velosipedçiləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti