...

"AtaBank"ın keçirdiyi mini-futbol turnirinin finalçıları bu həftə məlum olacaq

İdman Materials 3 May 2013 17:33 (UTC +04:00)
"AtaBank"nın dəstəyi ilə "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları arasında mini-futbol turnirində III turun təqvimi məlum olub.
"AtaBank"ın keçirdiyi mini-futbol turnirinin finalçıları bu həftə məlum olacaq

Azərbaycan, Bakı, 3 may /Trend/

"AtaBank"nın dəstəyi ilə "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları arasında mini-futbol turnirində III turun təqvimi məlum olub.

Holdinqdən cümə günü Trend-ə verilən məlumata görə, ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan yarışda yenə şənbə günü 5, bazar günü isə 3 qarşılaşma baş tutacaq.

II turda MXD, "FC Cybernet" və "AtaTexnologiya" növbəti mərhələyə vəsiqəni təmin etdiklərindən, mayın 4-də və 5-də 1/4 final mərhələsinin digər 5 iştirakçısı da bilinəcək.

4 may

13:00. FC Cybernet - No Name
14:00. AtaHolding - First United
15:00. Bank VTB - Embarqo
16:00. RENCONS - MXD
17:00. Excelsior Hotel - Buta

5 may

11:00. AtaTexnologiya - Red Defils
12:00. Gobustone - Sumqayıt
13:00. Synergetic - AtaCard

Qeyd edək ki, oyunlar 9-cu mikrorayonda "Tərlan" şadlıq sarayının arxasında yerləşən futbol meydançasında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti