...

Bədii gimnastika üzrə XX Bakı çempionatının ilk günü qaliblər müəyyənləşib (FOTO)

İdman Materials 10 Oktyabr 2013 19:16 (UTC +04:00)
Oktyabrın 10-da Azərbaycan paytaxtında bədii gimnastika üzrə XX Bakı çempionatında ilk yarış günü keçirilib.
Bədii gimnastika üzrə XX Bakı çempionatının ilk günü qaliblər müəyyənləşib (FOTO)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Oktyabrın 10-da Azərbaycan paytaxtında bədii gimnastika üzrə XX Bakı çempionatında ilk yarış günü keçirilib.

Trend-in məlumatına görə, 2005-ci il təvəllüdlü idmançılar yarışın ilk günündə çıxışlarına yekun vurublar.

Bu yaş kateqoriyasında Fidan Şirinova ("Neftçi") birinci, Elnarə Cabbarova (Bakı Gimnastika Məktəbi) ikinci, Selcan Hacızadə (Respublika Kompleks İdman Məktəbi) isə üçüncü olub.

2004-cü il təvəllüdlü gimnastlar arasında qələbəni Arzu Cəlilova ("Neftçi") bayram edib. İkinci və üçüncü yerləri müvafiq olaraq Zərniyar Əliyeva ("Neftçi") və Alyona Vişnevetskaya (Bakı Gimnastika Məktəbi) tutublar.

2003-cü il təvəllüdlü idmançılar arasında Darya Farşbafşəhriyari (Bakı Gimnastika Məktəbi) ən güclü olub. Aydan Ağayevanın ikinci olduğu yarışda Ləman Hüseynova (hər ikisi "Spartak") üçüncü yerlə kifayətlənib.

Yarışlarda senior və yuniorların 6 yaş qrupunda olan, habelə 2001-2002, 2003, 2004 və 2005-ci il təvəllüdlü 89 gimnast iştirak edir.

İdmançılar yalnız çoxnövçülükdə medallar uğrunda mübarizə aparırlar.

Yarışlar sabah digər yaş qruplarında davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti