...

AZAL futbol klubunun yeni baş məşqçisinin adı açıqlandı (ƏLAVƏ OLUNUB)

İdman Materials 17 Mart 2014 08:34 (UTC +04:00)
Tərlan Əhmədov AZAL futbol klubunun baş məşqçisi təyin olunub.
AZAL futbol klubunun yeni baş məşqçisinin adı açıqlandı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 17 mart /Trend/

Tərlan Əhmədov AZAL futbol klubunun baş məşqçisi təyin olunub.

Mənbələrdən Trend-ə verilən məlumata görə, klub rəhbərliyi T.Əhmədovun baş məşqçi olmasına razılıq verib və artıq onun komandanı ilk məşqə çıxaracağı gözlənilir.

Klubun mətbuat xidmətindən Trend-ə məlumatı təsdiqləyiblər və artıq T.Əhmədovla müqavilə imzalandığını bildiriblər.

Qeyd edək ki, martın 15-də AZAL-ın baş məşqçisi Vaqif Sadıqov vəzifəsindən istefa verib. Buna səbəb kimi klubun son vaxtlar Premyer Liqada uğursuz çıxışı etməsi göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti