...

ƏƏSMN-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş mini-futbol turnirinə yekun vurulub (FOTO)

İdman Materials 5 May 2014 13:51 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarının əməkdaşlarından ibarət komandalar arasında ilk dəfə olaraq keçirilən mini-futbol turnirinə yekun vurulub.
ƏƏSMN-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş mini-futbol turnirinə yekun vurulub (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarının əməkdaşlarından ibarət komandalar arasında ilk dəfə olaraq keçirilən mini-futbol turnirinə yekun vurulub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ulu öndər Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı, müstəqil dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi naminə göstərmiş olduğu tarixi xidmətlərdən söz açıb: "Ümummilli liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursu 2003-cü ildən etibarən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən zamanın çağırışlarına uyğun şəkildə uğurla davam və inkişaf etdirilir. Bunun nəticəsi olaraq, bütün sahələrdə, eyni zamanda ölkədə rifah halının yüksəldilməsi sahəsində bir-birinin ardınca mühüm nailiyyətlər əldə olunur. Yalnız onu qeyd etmək kifayətdir ki, təkcə cari ilin ötən dövründə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə cənab Prezident tərəfindən artıq 8 Fərman və Sərəncam imzalanıb".

Daha sonra nazir ümummilli liderin doğum günü ərəfəsində keçirilən belə idman tədbirlərinin mahiyyət etibarilə gənclərin idmana meylinin dəstəklənməsinə, onlar arasında sağlam həyat tərzinin təbliğinə xidmət etdiyini bildirib.

Mini-futbol turnirində Nazirliyin 8 komandası iştirak edib. Final oyununda Nazirliyin Mərkəzi Aparatının komandası Dövlət Məşğulluq Xidmətinin komandasına qalib gələrək turnirin qalibi olub.

Sonra mini-futbol turnirlərinin qalibləri olan komandalara kubok və medallar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti