Azərbaycan, Bakı, 14 iyun /Trend/
İqtisadiyyat və Sənaye Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə nazirliyin qurumları arasında mayın 3-dən etibarən start verilmiş ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə və Milli Qurtuluş Gününə həsr olunmuş mini-futbol çempionatı iyunun 14-də başa çatıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 13 komandanın iştirak etdiyi çempionatın final görüşündə "Təmiz Şəhər" ASC və "Azərlotereya" ASC-nin komandaları qarşılaşıblar.
Oyunda "Təmiz Şəhər" ASC-nin komandası 6:1 hesabı ilə qalib gəlib.
Çempionatda ilk dörd yeri tutan komandalara və fərqlənən idmançılara fəxri fərman və hədiyyələr, çempionatın qalibinə - "Təmiz Şəhər" ASC-nin komandasına keçici kubok təqdim edilib.