...

London derbisi heç-heçə ilə başa çatdı: "Tottenhem" 1:1 "Arsenal"

İdman Materials 2 Mart 2019 21:56 (UTC +04:00)
"Tottenhem" futbol klubu İngiltərə Çempionatının 29-cu turu çərçivəsində "Arsenal"la görüşüb.
London derbisi heç-heçə ilə başa çatdı: "Tottenhem" 1:1 "Arsenal"

Bakı. Trend:

"Tottenhem" futbol klubu İngiltərə Çempionatının 29-cu turu çərçivəsində "Arsenal"la görüşüb.

Trend-in məlumatına görə, yeni arenanın tikilməsi ilə əlaqədar olaraq "Tottenhem"in ev oyunlarını keçirdiyi "Uembli" stadionuna bu oyunu izləyəmə 81 mindən çox azarkeş gəlib.

London derbisi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Tottenhem"in heytində Harri Keyn (74-cü dəqiqə), "Arsenal"dan isə Aaron Remzi (16-cı dəqiqə) fərqləniblər. Oyunun 90-cı dəqiqəsində "Arsenal"ın futbolçusu Pyer-Erik Obameyanq 11-metrlik cərimə zərbəsini reallaşdıra bilməyib.

Qeyd edək ki, komandalar arasında 164 oyun keçirib, onlardan 66-da "Arsenal", 52-də isə "Tottenhem" qalib gəlib.

29 turdan sonra "Tottenhem" 61 xalla üçüncüdür, "Arsenal" isə 57 xalla dördüncü pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti