...

Bədii gimnastika mənim qəlbimi öz gözəlliyi və zərifliyi ilə fəth edib - Bakı çempionatının iştirakçısı

İdman Materials 11 Noyabr 2022 17:50 (UTC +04:00)
Bədii gimnastika mənim qəlbimi öz gözəlliyi və zərifliyi ilə fəth edib - Bakı çempionatının iştirakçısı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika mənim qəlbimi öz gözəlliyi və zərifliyi ilə fəth edib.

Bunu cümə günü Trend-ə bədii gimnastika üzrə 27-ci Bakı çempionatının iştirakçısı Fatimə Tarverdiyeva deyib.

"Bədii gimnastika ilə dörd yaşımdan məşğul oluram, ilk dəfə gimnastların çıxışlarını televizorda gördüm və müxtəlif alətlərlə hərəkətləri xoşuma gəldi. Nəticədə mənim də gimnastika ilə məşğul olmaq həvəsim yarandı", - deyə o bildirib.

Qeyd edək ki, Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı birgə Bakı çempionatı start götürüb. Noyabrın 11-də bədii gimnastika, noyabrın 12-də isə həm bədii gimnastika, həm də aerobika gimnastikası üzrə yarışlar keçiriləcək.

Bədii gimnastika üzrə yarışlarda balacalar (2012-2014-cü illər) fərdi çoxnövçülük, alətsiz, top və halqa ilə, yeniyetmələr (2010-2011-ci illər) fərdi çoxnövçülük, halqa, top, gürzlərlə proqramlarını nümayiş etdirəcəklər. Gənclər (2007-2009-cu illər) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyasında mübarizə aparacaq gimnastlar fərdi çoxnövçülük, halqa, top, gürzlər, lentlə hərəkətlərin icrasında öz aralarında qalibi müəyyənləşdirəcəklər. Aerobika üzrə yarışlarda yeniyetmələr (2008-2010-cu illər) fərdi qadınlar, üçlük və qrup, gənclər isə (2005-2007-ci illər) yalnız fərdi qadınlar proqramında mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti