...

Bədii və aerobika gimnastikası üzrə birgə Bakı çempionatının ikinci günü start götürüb (FOTO)

İdman Materials 12 Noyabr 2022 13:15 (UTC +04:00)
Bədii və aerobika gimnastikası üzrə birgə Bakı çempionatının ikinci günü start götürüb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 12-də Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı birgə Bakı çempionatının sonuncu günü start götürüb.

Trend-in məlumatına görə, bu gün bədii gimnastlar balacalar (2012-2014-cü illər) yaş qrupunda topla, yeniyetmələr (2010-2011-ci illər) yaş qrupunda top və gürzlərlə, gənclər (2007-2009-cu illər) və böyüklər (2006-cı il və daha böyük) yaş qrupunda gürzlər və lentlə hərəkətlər nümayiş etdirəcək.

Aerobika üzrə yarışlarda yeniyetmələr (2008-2010-cu illər) fərdi qadınlar, üçlük və qrup, gənclər isə (2005-2007-ci illər) yalnız fərdi qadınlar proqramında mübarizə aparacaqlar.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti