...

Azərbaycan Basketbol Liqası: “Sərhədçi” klubu üçüncü qələbəsini qazanıb

İdman Materials 18 Noyabr 2022 02:11 (UTC +04:00)

Bakı. Trend:

"Sərhədçi" İdman Olimpiya Mərkəzində Azərbaycan Basketbol Liqasında altıncı tura start verilib.

Trend xəbər verir ki, turun ilk oyununda “Sabah” və "Sərhədçi" komandaları üz-üzə gəlib. Görüşdə "Sərhədçi" klubu rəqibinə 91:84 hesabı ilə qalib gələrək çempionatda üçüncü qələbəsini qazanıb.

Matçda ən məhsuldar basketbolçular - "Sabah”dan Kristiyan Roler (18 xal, 10 ribaund), "Sərhədçi”dən isə Maksvel Starvud (23 xal, 6 ribaund) olublar.

Qeyd edək ki, turun növbəti oyunları NTD – “Gəncə”, “Zirvə Astara” – “Neftçi”, “AAAF Xırdalan” – “Olimpik Şəki” müvafiq olaraq noyabrın 19-da və 20-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti