Bakı. Trend:
Çempionlar Liqasında 1/4 final mərhələsi start götürüb
Trend-in məlumatına görə, bu gün Çempionlar Liqasında 1/4 final mərhələsi başlayıb və ilk oyunlar çərçivəsində iki matç keçirilib.
“Arsenal” – “Real”: Londonda baş tutan oyunda hesab açılmayıb və birinci hissə 0:0 bərabərliyi ilə yekunlaşıb. Lakin fasilədən sonra "Arsenal" daha aktiv oynayaraq "Real"ı top atəşinə tutub. Deklan Rays iki dəfə cərimə zərbəsindən fərqlənib, daha bir qolu isə Merino vurub. Bu qələbə "Arsenal"ı yarımfinala bir addım daha yaxınlaşdırıb.
“Bavariya” – “İnter”: Münhendə keçirilən matçda "İnter" hesabı açsa da, sona yaxın "Bavariya" bərabərlik qolunu vurub. Lakin matçın başa çatmasına 2 dəqiqə qalmış "İnter" növbəti dəfə fərqlənərək səfərdən qələbə ilə dönüb.
Qeyd edək ki, ilk oyunlara aprelin 9-da keçiriləcək iki görüşlə yekun vurulacaq.
XXX
23:00
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları start götürüb.
Trend-in məlumatına görə, ilk matçlarda “Arsenal” Londonda “Real Madrid”i qəbul edəcək, “İnter” isə Münxendə “Bavariya” ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 finalın ilk oyunlarına aprelin 9-da keçiriləcək iki görüşlə yekun vurulacaq.
8 aprel
23:00. “Arsenal” – “Real” - 0:0
23:00. “Bavariya” – “İnter” - 0:0