...

On bir ayda 776 səyyar vergi yoxlaması aparılıb

İqtisadiyyat Materials 27 Dekabr 2019 15:49 (UTC +04:00)
Bu ilin 11 ayında 776 səyyar vergi yoxlaması aparılıb.
On bir ayda 776 səyyar vergi yoxlaması aparılıb

Bakı. Trend:

Bu ilin 11 ayında 776 səyyar vergi yoxlaması aparılıb.

Trend-in məlumatına görə, bu barədə 2020-ci ilin yanvarından Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərə həsr olunan mətbuat konfransında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini qeyd edib ki, ölkədə vergi siyasəti, o cümlədən vergi uçotunun dürüstləşdirilməsi, yoxlamaların aparılması və digər sahələrdə ciddi nailiyyətlər əldə edilib.

Səyyar vergi yoxlamaları sahəsində köklü dəyişikliklərə imza atılıb. Belə ki, əgər əvvəlki illərdə səyyar yoxlamaların sayı 10 minlərlə ölçülürdüsə, ötən il onların sayı 1532 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti