...

Nazir müavini: Uçot problemi həll edilmədən differensial ƏDV-nin tətbiqi daha çox problem yarada bilər

İqtisadiyyat Materials 27 Dekabr 2019 16:43 (UTC +04:00)
Differensial Əlavə Dəyər Vergisinin (ƏDV) tətbiqinə keçmək üçün uçot düzgün olmalıdır.
Nazir müavini: Uçot problemi həll edilmədən differensial ƏDV-nin tətbiqi daha çox problem yarada bilər

Bakı. Trend:

Differensial Əlavə Dəyər Vergisinin (ƏDV) tətbiqinə keçmək üçün uçot düzgün olmalıdır.

Trend-in məlumatına görə, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir müavini bildirib: "Biz differensial ƏDV-nin tətbiqinin əleyhinə deyilik. Sadəcə tətbiq edə bilmirik, çünki uçot düzgün deyil. Birinci növbədə uçot məsələsi həll olunmalıdır. Daha sonra isə bu istiqamətdə addım atılmalıdır. Uçot problemi həll edilmədən differensial ƏDV-nin tətbiqi daha çox problem yarada bilər. Düşünürəm ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti