...

Azad edilən ərazilərdə innovativ inkişaf üçün bir sıra istiqamətlər var - Nazir müavini

İqtisadiyyat Materials 6 Dekabr 2021 10:51 (UTC +04:00)
Azad edilən ərazilərdə innovativ inkişaf üçün bir sıra istiqamətlər var - Nazir müavini

Trend-i buradan izləyin

Bakı. Humay Ağacanova - Trend:

İşğaldan azad olunmuş ərazilərdə innovativ kənd təsərrüfatı modellərinin tətbiq olunması, dağ-mədən sənayesinin innovativ texnologiyalar əsasında inkişaf etdirilməsi, müasir texnologiyalara əsaslanan nəqliyyat-loqistika sisteminin qurulması, bərpa olunan enerjidən, yəni günəş, külək, su enerjisindən istifadə etməklə ekoloji tarazlığın təmin edilməsi, müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması və yenidən hazırlanması innovativ iqtisadi inkişafın əsas istiqamətlərindəndir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda keçirilən konfrans zamanı deyib.

O qeyd edib ki, müasir innovativ inkişafın qarşısında rəqəmsal inkişafa keçidin sürətləndirilməsi, müasir infrastrukturun genişləndirilməsi kimi ciddi vəzifələr dayanır.

“Yaxın gələcəkdə azad edilən ərazilərdə bərpaolunan enerji mənbələrindən istifadə etməklə həmin ərazilərin yaşıl enerji zonasına çevrilməsi nəzərdə tutulub.

Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi təmiz ətraf mühitin formalaşdırılmasına öz töhfəsini verəcək. Həmçinin onu da qeyd etməliyəm ki, azad edilən ərazilərdə müasir elektrik şəbəkələri qurulur”,- deyə o bildirib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti