...

Ağdam Sənaye Parkına investorların cəlbi üçün 5 müəssisə ilə danışıqlar başa çatmaq üzrədir - Sahib Ələkbərov (FOTO)

İqtisadiyyat Materials 6 Dekabr 2021 10:50 (UTC +04:00)
Ağdam Sənaye Parkına investorların cəlbi üçün 5 müəssisə ilə danışıqlar başa çatmaq üzrədir - Sahib Ələkbərov (FOTO)

Trend-i buradan izləyin

Bakı. Humay Ağacanova - Trend:

İnnovativ iqtisadi inkişafı təmin etmək üçün geniş imkanları olan sahələrdən biri də Sənaye Parklarının yaradılmasıdır.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda keçirilən konfrans zamanı deyib.

S.Ələbərov bildirib ki, əlverişli coğrafi mövqeyi, dayanıqlı inkişaf imkanları, gələcəkdə yük axınlarının istiqamətləri və digər mühüm logistika potensialının mövcudluğu nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanına əsasən Ağdam Sənaye Parkı yaradılıb.

"Ağdam şəhərində 190 hektar ərazidə yerləşəcək Parkın birinci mərhələsini əhatə edən 76 hektar sahə artıq mina və partlamamış hərbi sursatlardan təmizlənmişdir.
Bir neçə gün əvvəl İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov mətbuata açıqlama verdi ki, Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, aptek, mağaza və yeməkxana yaradılıb, əraziyə asfalt yol, su xətti çəkilib, işıqlandırmada günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.

Layihələndirmə işləri və potensial investorların cəlb olunması istiqamətində 5 müəssisə ilə aparılan danışıqlar başa çatmaq üzrədir", - deyə S.Ələkbərov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti