...

Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun iclası keçirilib

İqtisadiyyat Materials 20 Oktyabr 2022 17:18 (UTC +04:00)
Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun iclası keçirilib

Bakı. Trend:

19 oktyabrda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun tərkibində yaradılmış alt İşçi Qrupun növbəti iclası keçirilib.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən Trend-ə bildirilib ki, Alt İşçi Qrupun sədri, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev iclası giriş sözü ilə açaraq İşçi Qrupun 14 oktyabrda keçirilmiş görüşü zamanı qəbul edilmiş qərarlar barədə məlumat verib.

İclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrası ilə bağlı görüləcək işlərin effektivliyinin artırılması üçün tematik tədbirlər, həmçinin onların icrası ilə bağlı məsul şəxslər müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti