...

Azərbaycan Avrasiya tranzitinin drayveri kimi - Təhlil

İqtisadiyyat Materials 3 Yanvar 2023 12:13 (UTC +04:00)
Azərbaycan Avrasiya tranzitinin drayveri kimi - Təhlil
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Avrasiya məkanında nəqliyyat dəhlizlərinin inkişafı üçün drayverə çevrilib.

Müxtəlif beynəlxalq iqtisadi forum və konfranslardakı çıxışlarında Prezident İlham Əliyev ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi proqramlarının həyata keçirildiyini bəyan edib. Təbii ki, Azərbaycanın nəqliyyat imkanlarının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından çox mühümdür, iqtisadiyyata böyük töhfədir.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionun mühüm nəqliyyat-logistika mərkəzi kimi tanınır. Ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri yüklərin daşınması üçün həm məsafəyə, həm də vaxta qənaət baxımından əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonunda tranzit yüklərin həcmi xeyli artır.

Avropa və Çin arasında strateji mövqe tutan və inkişaf etmiş aviasiya, dəmir yolu, boru kəməri və dəniz infrastrukturuna malik Azərbaycan Avrasiyada qlobal təchizat zəncirlərinin yenidən formalaşdırılması fonunda yeni aparıcı logistika mərkəzi kimi yüksəlir.

Azərbaycanın da mühüm halqası olduğu Orta Dəhlizin əhəmiyyəti də artır. Çindən Avropaya gedən Orta Dəhliz gündəmdə böyük rol oynayır. Bir tərəfdən Çin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində bir tərəfdən Mərkəzi Asiya və Qafqaz ölkələrində yerli nəqliyyat şəbəkələrini qurmaq və ya təkmilləşdirmək niyyətindədir. Digər tərəfdən, Qazaxıstanın Aktau limanı kimi xüsusi iqtisadi zonalar üçün əlverişli şərait yaratmaq üçün regional infrastrukturu daha böyük multimodal nəqliyyat dəhlizlər ilə birləşdirmək lazımdır.

Çin, Azərbaycan, Türkiyə və Avropanı birləşdirən Transxəzər dəhlizi üçün getdikcə daha çox əhəmiyyət kəsb edən Qazaxıstan Türkiyə və Azərbaycan tandeminə daha fəal baxır. 2022-ci ilin martında Qazaxıstan Azərbaycan, Türkiyə və Gürcüstanla Şərq-Qərb nəqliyyat dəhlizini açıb, daha sonra iyunda Türkmənistan və İran ərazisindən keçməklə Pavlodardan Türkiyənin cənubundakı Payas şəhərinə yük qatarı göndərib.

Türkiyə və Azərbaycan da Ukraynada müharibə başlayandan sonra Mərkəzi Asiyadan keçən nəqliyyat şəbəkələrindən istifadəni artırıb. Mərkəzi Asiya ilə ümumi sərhədi olmayan Türkiyə Azərbaycana region üçün körpü kimi baxır.

Azərbaycan müxtəlif istiqamətlərə yüklərin tranzit daşınmasının səmərəli təşkilini təmin edir. Bu, daha sərfəli şərtlərlə təhlükəsiz və vaxtında çatdırılma imkanı verir. Tranzit marşrutları genişlənməkdə davam edir, ticarət artır və bu, son nəticədə Azərbaycanın və bütövlükdə regionun çiçəklənməsinə gətirib çıxarır.

Xüsusi vurğulamaq lazımdır ki, dünyanın aparıcı iqtisadiyyatlı dövlətlərinin, transmilli şirkətlərin Azərbaycana diqqəti Prezident İlham Əliyevin “Bizim sözümüzün imzamız qədər qüvvəsi var” ifadəsinin əməldə təsdiqidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti