...

Bu şəxslərə də ipoteka verilsin - TƏKLİF

İqtisadiyyat Materials 3 Mart 2023 14:15 (UTC +04:00)
Bu şəxslərə də ipoteka verilsin - TƏKLİF
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Əlilliyi olan şəxslərə də ipoteka kreditinin verilməsi təklif olunub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində deyilir.

Məruzədə ipoteka krediti ilə mənzil almaq və ya digər kreditlər əldə etməklə maddi vəziyyətini yaxşılaşdırmaq istəyən əlilliyi olan şəxslərlə sığorta müqaviləsinin bağlanmasını və onların bu hüquqdan istifadəsini məhdudlaşdırdığına görə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 2014-cü il 23 sentyabr tarixli, Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 4.3.2-ci yarımbəndinin (sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, birinci və ikinci dərəcə əlilliyi olan şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır) çıxarılması təklif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti