...

Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üzrə bp ilə birgə tədqiqatlar tamamlanmaq üzrədir - Nazir müavini

İqtisadiyyat Materials 17 Aprel 2023 12:51 (UTC +04:00)
Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üzrə bp ilə birgə tədqiqatlar tamamlanmaq üzrədir - Nazir müavini
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Şamaxı. Trend:

Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üzrə bp ilə birgə tədqiqatlar tamamlanmaq üzrədir.

Trend bazar ertəsi xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov "İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda elmi-praktik konfransda deyib.

"Son 2 il ərzində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dövlət büdcəsindən 6,4 milyard manatdan çox vəsait ayrılıb. 2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin bərpası üçün üç milyard manat nəzərdə tutulub. Ərazilər minalardan təmizlənir, iri infrastruktur layihələri həyata keçirilir. Ağdam, Fizuli və Laçında irimiqyaslı bərpa işləri aparılır, yollar salınır, binalar, su elektrik stansiyaları, yarımstansiyalar tikilir. Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üzrə bp ilə birgə tədqiqatlar tamamlanmaq üzrədir. Şuşada və Laçında su anbarları tikilir, Köndələnçay, Suqovuşan su anbarlarında, Tərtərçay sağ sahil və sol sahil kanallarında təmir-quruculuq işləri aparılır", - o deyib.

S.Ələkbərov Zəngilanın Zabux kəndindən su kəməri çəkildiyini, yaxın zamanda Qarabağda və Şərqi Zəngəzurda böyük sahələri təmiz içməli su ilə təmin edəcək Həkəri su anbarının və müvafiq su kəmərlərinin tikintisinə başlamağın planlaşdırıldığını qeyd edib.

""Ağdam Sənaye Parkı"nda və “Araz Vadisi İqtisadi Zonası”nda işlər yüksək sürətlə davam etdirilir. Bu sənaye parklarında 1500-dən çox iş yerlərinin yaradılması planlaşdırılır", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti