...

2023-cü ilin 1-ci rübündə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb - Nazir müavini

İqtisadiyyat Materials 25 Aprel 2023 13:59 (UTC +04:00)
2023-cü ilin 1-ci rübündə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb - Nazir müavini
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin birinci rübündə Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə vergi daxilolmaları 4,9 milyard manat olub.

Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov çərşənbə axşamı "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, bu göstərici 2022-ci ilin analoji dövrü ilə müqayisədə 74,8 faiz və ya 2,1 milyard manat artıb.

"Aprelin 1-nə ölkədə əmək müqavilələrinin sayı 1,75 milyon təşkil edib. Şəffaf sahibkarlıq fəaliyyətinin aparılmasında artım müşahidə edirik. Həmçinin bildirmək istəyirəm ki, Azərbaycanda 800 mindən çox sahibkarlıq subyekti qeydiyyatdan keçib ki, onların da yarıdan çoxu kiçik və orta sahibkarların payına düşür", - nazir müavini deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti